İstihlal

1441-ci ilin mübarək Fitr bayramı ilə əlaqədar mərcəiyyətin elanı (2020)

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası bazar gününü Fitr bayramı elan edib. Elana əsasən bayram may ayının 24-nə təsadüf edəcək.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanasının rəsmi saytının elanına əsasən, şəvval ayı sabit olub. Buna əsasən də Fitr bayramı mayın 24-nə təsadüf edəcək.

Ayətullah-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanasının elanına əsasən, mərcəyi-təqlidin nəzərində şəvval ayı sabit olmayıb. 25 may Fitr bayramı hesab olunur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanasının verdiyi məlumata əsasən, şəvval ayının hilalı gün ərzində sabit olub və 24 may Fitr bayramı hesab olunur.

Ayətullah-uzma Şeyx Safi Qolpayqaninin ofisi də bildirib ki, şəvval ayının hilalı sabit olmayıb. Buna əsasən Fitr bayramı bazar ertəsi günü- 25 maya təsadüf edəcək.

Ayətullahul-uzma Seyid Əli Sistaninin Nəcəf şəhərindəki mərkəzi dəftərxanası hilalı adi gözlə müşahidə edilmədiyini və bu səbəblə aprelin 24-nün ramazan ayının 30-cu günü olduğunu elan edib. Fitr bayramı isə 25 may tarixinə təsadüf edəcək.

Beləliklə, 24 may tarixini Fitr bayramı elan edən fəqihlər:

Ayətullahul-uzma Seyid Əli Xameneyi

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi

25 may tarixini Fitr bayramı elan edən fəqihlər:

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani

Ayətullahul-uzma Seyid Əli Sistani

Yerləşdirilib: 24 May, 2020  14:00 Baxılıb: 521 Çap