Alimlər

Şeyx Lütfullah Safi Qolpayqani

Həzrət Ayətullahul-üzma Şeyx Lütfullah Safi Qolpayqani fəqih, islamşünas və çağdaş dövrün böyük mütəfəkkiridir.

Valideynləri: Onun Atası alim, arif mərhum ayətullah axund molla Məhəmməd Cavad Safi (1287-1378, hicri qəməri) idi. Onun atası dini mütəxəssis, tədqiqatçı, müəllif və müəllimlikdən əlavə İslam elmlərinin müxtəlif sahələrində: fiqh, üsul, kəlam, əxlaq, hədis və.s.. sahələrdə və bunlarla yanaşı şeir yazmaqda və xəttatlıqda da məşhur idi.

Onun anası Əhli-beyt aşiqi, şairə hörmətli Fatimə xanım, həzrəti Ayətullah axund molla Məhəmməd Əlinin qızıdır.

Təhsilatı: Şeyx Lütfullah Safi Qolpayqani yeni-yetmə vaxtlarından elm və mənəviyyat vadisinə qədəm qoyaraq, ibtidayi təhsilini

Qolpayqanda, ərəb ədəbiyyatının əsas kitablarını “Qütb” adı ilə məşhur olan mərhum axund molla Əbülqasimin yanında başladı. Ərəb ədəbiyyatının davamını, kəlam, təfsir, hədis, fiqh və üsul elmlərini xaric dərslərinə qədər orada davam etdirdi. Əlbəttə bu müddətdə qeyd olunan elmlərin mühüm kitablarını atası Həzrət Ayətullah axund molla Cavad Safinın yanında da öyrənirdi. 1981-ci ildə Qolpayqan şəhərini Qumda təhsilini davam etdirmək məqsədi ilə tərk edir.  Şeyx Lütfullah Safi bir neçə il sonra isə Nəcəf Əşrəfə yollanır. Orada da böyük müctəhidlərin xidmətində olaraq, onların elm və təqvasından bəhrələndi.

Onun fitri və fövqəladə istedadı, təhsildə çalışqanlığı, ciddiyyəti və zəkası səbəb olmuşdu Qum və Nəcəf ustadlarının məxsus məhəbbətini özünə cəlb etsin.  Şeyx Safi yenidən Quma qayıdaraq 15 il dən artıq Həzrət Ayətullahul-uzma Bürucerdinin fiqh, əxlaq və irfan dərslərində iştirak etdi.

Həzrət Ayətullahul-uzma Bürucerdi də şiə kəlamının və fiqhinin həssas və mühüm suallarına cavab verməyi və həmçinin Məhdəviyyət barəsində “ Müntəxəbül Əsər ” adı ilə məşhur olan qiymətli kitabın yazılmasını da Şeyx Safiyə tapşırdı.

Ayətullahul-uzma Şeyx Lütfullah Safinin ustadları :

1-Qumda mühüm ustadlarından, mərcəi təqlidlər : Seyyid Məhəmməd təqi xansari, Höccət, Sədr, Bürucerdi;

2-Nəcəf Əşrəfdə isə Şeyx Məhəmməd Kazim Şirazi, Seyyid Camaləddin Qolpayqani və Şeyx Məhəmməd Əli Kaziminin adlarını çəkmək olar.

 

Ayətullahul-uzma Şeyx Lütfullah Safi Həzrət Ayətullahul-uzma Qolpayqaninin vəfatından sonra hövzənin yüksək məqamlı şəxsiyyətləri və xalqın xahişi və təkidi ilə mərcəiyyət məqamını qəbul etdi. Hal-hazırda isə təqlid olunası müctəhidlərdən biri və Qum elmi hövzəsinin əsas elmi sutunlarından hesab olunur.

Yerləşdirilib: 10 Fevral, 2012  05:14 Baxılıb: 2785 Çap