Alimlər

Seyid Musa Şübeyri Zəncani

Ayətullahul-uzma Seyid Musa Şübeyri Zəncani 1928-ci ildə İranın Qum şəhərində dünyaya gəlmişdir. Seyidin ailəsi dindar bir ailə idi. Atası Seyid Əhməd Zəncani Qum elmiyə hövzəsinin tanınmış ustadlarından olmuşdur.

Seyid Zəncani ibtidai təhsilini başa vurduqdan sonra İslam elmlərinin daha yüksək mərhələdə təhsili ilə məşğul olmuşdur. Bu elmləri qısa müddətdə mənimsəmişdir.

Üsul və fiqh elmlərində atasından, Mühəqqiq Damad və Ayətullahul-uzma Bürucerdidən bəhrələnmişdir.

Seyid Zəncani hal-hazırda Qum elmiyə hövzəsinin seçilən ustadlarından biridir.

Yerləşdirilib: 12 Fevral, 2012  05:39 Baxılıb: 2800 Çap