Alimlər

Seyid Əli Hüseyni Xameneyi

İslam İnqilabı rəhbəri vəliyyi-fəqih Ayətullah Seyid Əli Xamenei 1939-cu il iyulun 16-sında, hicri-qəməri  təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir.

O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi.  Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

 

Elmiyyə hövzəsində

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”. 

O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xameneyi 1955-ci ildə (16 yaşında) Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.
1957-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xamenei 1958-1364-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1964-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1968-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1964-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Tədrisləri

Seyid Əli Xameneyi Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

1989-cu ildə Ayətullah Xameneyi xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.

 

Ustadları:

Seyid Cəlil Hüseyni Sistani (Məalimul-üsul)

Seyid Cavad Xameneyi (Şərhi-Lümmə, Rəsail, Məkasib, Kifayə)

Mirzə Məhəmməd Müdərris Yəzdi (Şərhi-Lümmə)

Ayətullah Haşim Qəzvini (Rəsail, Məkasib, Kifayə)

Ayətullah Seyid Hadi Milani

Ayətullah Hacı Ağa Hüseyn Bürucerdi

İmam Ruhullah Xomeyni

Ayətullah Mürtəza Hairi Yəzdi

Ayətullah Seyid Məhəmməd Mühəqqiq Damad

Əllamə Təbatəbai

Ayətullah Hüseyn Əli Müntəziri

Seyid Əli Xameneyinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:

1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 06.08.1990
2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24.07.1990
3. Həzrət Ayətullah  Hacı Şeyx Abdulla Cavadi Amili – 24.07.1990                                     
4. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Mömin – 04.08.1990                      
5. Həzrət Ayətullah  Hacı Şeyx Yusif Saneyi – 26.08.1990                    
6.  Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Yəzdi – 17.06.1990                   
7. Həzrət Ayətullah  Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12.12.1994                  
8. Həzrət Ayətullah  Hacı Seyid Cəfər Kərimi – 01.12.1994              
9. Həzrət Ayətullah  Hacı Şeyx Mortəza Bəni Fəzl – 01.12.1994                     
10. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Yəzdi                 
11. Həzrət Ayətullah  Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6-1415 h.q                    
12. Həzrət Ayətullah  Hacı Şeyx Əhməd Cənnəti – 15/9-1373                    
13. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Cənnati – 9/9-1373                    
14. Həzrət Ayətullah  Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415               
15. Həzrət Ayətullah  Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415                   
16. Həzrət Ayətullah  Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı                   
17. Həzrət Ayətullah  Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9-1373                
18. Həzrət Ayətullah  Hacı Şeyx Abbas Məhfuzi                
19. Həzrət Ayətullah  Şeyx Əliəsğər  Məsumi – 11/9-1373                   
20. Həzrət Ayətullah  Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415              
21. Həzrət Ayətullah  Musəvi Həmədani – 12/9-1373                   
22. Həzrət Ayətullah  Hacı Şeyx Hadi Ruhani                
23. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9-1373
24. Həzrət Ayətullah  Seyid  Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q 
25. Həzrət Ayətullah  Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9-1373
26. Həzrət Ayətullah  Hacı Şeyx Əbdülhüseyn Qərəvi –  26 cəmadiolsani 1415 h.q
27. Həzrət Ayətullah  Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q                  
28. Həzrət Ayətullah  Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q                
29. Həzrət Ayətullah  Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9-1373                  
30. Həzrət Ayətullah  Hacı Seyid Əli Şəfii – 12/9-1373                    
31. Həzrət Ayətullah  Hacı Seyid İsmayıl Haşimi – 12/9-1373                    
32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q
33. Həzrət Ayətullah  Hacı Şeyx Hadi Barikbin                    
34. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q
35. Höccətülislam Hacı Şeyx Əhməd  Möhseni Qorqani – 10/9-1373                 
36. Həzrət Ayətullah  Hacı Şeyx Abbas Vaiz Təbəssi –  29 cəmadiolsani 1415 h.q                
37. Həzrət Ayətullah  Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q                  
38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.                    
39. Həzrət Ayətullah  Qərəvian – 13/9-1373                    
40. Höccətülislam Seyid Yəhya Cəfəri                
41. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd  Hüseyn                   
42. Həzrət Ayətullah  Malik Hüseyni – 15/9-1373                  
43. Həzrət Ayətullah  Hacı Seyid Məhəmməd Əli Cəzayeri

 


Əsərləri:
  • 1. İmam Həsən Müctəbanın (ə) Sülhü
  • 2. İmam Səccadın (ə) həyatı barədə təhqiqat
  • 3. İmam Rza (ə)
  • 4. İmam Rzanın (ə) siyasi şəxsiyyəti
  • 5. İslamda hökümət
  • 6. Nəhcül-Bəlağədən dərslər
  • 7. Vilayət Nurları
  • 8. Əxlaq dərsi
  • 9. İslamı düzgün anlamaq
  • 10. Şəhadət ətri
  • 11. Məzlumiyyət fəryadı və s.

 

Yerləşdirilib: 15 Fevral, 2012  03:45 Baxılıb: 10446 Çap
Son 10 fətva