Alimlər

Şeyx Nasir Məkarim Şirazi

Ayətullahul-uzma Şeyx Nasir Məkarim Şirazinin həyatı

Şeyx Nasir Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur.

Elmə maraq
Cənab ustadın ailə üzvləri arasında ruhani olmasa da, İslam maarifinə eşqi onu bu iftixarlı sahəyə sövq etmişdir. Ustad təqribən 14 yaşında Şirazın Ağababaxan mədrəsəsində dini təhsilə başlamışdır. Qısa bir müddətdə sərf, nəhv, məntiq, məani, bəyan və bədii sahəsində zəruri biliklərə yiyələnmişdir. Daha sonra fiqh və üsulla məşğul olmuş, fövqəladə istedadı sayəsində 4 il müddətində müqəddimə, orta və ali səth dərslərini başa çatdırmışdır. Həmin illərdə Şiraz elmi hövzəsinin tələbələri də onun biliyindən faydalanmışlar. Ustad özü təhsil almaqla yanaşı bəzən bir gündə 8 sinifdə tədrislə məşğul olmuşdur.
Cənab ustad 18 yaşında ikən Qum elmi hövzəsinə daxil olmuşdur. Həmin vaxt dövrün böyük ustadları Ayətullah-üzma Bürucerdi, başqa ayətullahların dərsindən 5 ilə yaxın bəhrələnmişdir.

Gənclik dövründə hicrət
Cənab ustad böyük müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi, Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak etmişdir.

Hövzənin qədim ənənəsi
Cənab ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır.

Quma qayıdış
Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.

Yeni hövzə, yeni dərs
Cənab Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə
 yaxındır ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə 2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi, vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm sahiblərindən sayılır.

Siyasi həyat
Cənab ustad İslam inqilabında fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə dəfələrlə həbsə alınmış, Çabhar, Mehabad, Hənarək şəhərlərinə sürgün edilmişdir. Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal iştirak etmişdir.

Cənab Ayətullah-üzma Məkarim Şirazinin 132 cild kitabı nəşr olunmuşdur. Bu kitablardan bə’ziləri 30 dəfədən artıq təkrar çap edilmişdir. Kitablardan bir hissəsi dünyanın on dilinə tərcümə edilib, müxtəlif ölkələrdə yayılmışdır. Həmin əsərlərlə tanış olaq:

1. “Qur’ani-məcidin aydın və rəvan tərcüməsi”;

2-28. “Təfsiri-nümunə”;

29-38. “Qur’an bəyanının mövzu təfsiri”;

39, 40. “Təfsirul-mizan”ın tərcüməsi;

41-43. “Qur’anda əxlaq”;

44. “Filosofnümanlar”;

45. “İslamda müdiriyyət və komandanlıq”;

46. “Dünyanın ən üstün xanımı Zəhra (s. ə.)”;

47. “Əxlaq işığında həyat”;

48. “Haqq cilvəsi”;

49. “Ruhlarla rabitə”;

50. “Dini suallar və cavablar”;

51. “İslam iqtisadiyyatının əsas yönümləri”;

52. “Dindarlıq amilləri”;

53. “Allahı necə tanıyaq?”;

54. “Varlığı yaradan”;

55. “Böyük rəhbərlər və məs’uliyyətlər”;

56. “Qur’an və son Peyğəmbər (s)”;

57. “Məad və ölümdən sonrakı həyat”;

58. “Müsəlmanın əqidəsi”;

59. “Böyük Mehdi (ə. c.) inqilabı”;

60. “Unudulmuş dəyərlər”;

61. “Marksizmin süqutu”;

62. “Təkamülün son fürsətləri”;

63. “Bizim ainlərimiz”;

64. “Gənclər üçün 50 əqidə dərsi”;

65. “Təhlükəli əyləncələr”;

66. “Namaz ali tərbiyə məktəbidir”;

67. “Me’rac, şəqqül-qəmər...”;

68. “Varlığın müəmması”;

69. “Şəhadət fəlsəfəsi”;

70. “Şərqin gerilik səbəbləri”;

71. “İslamın çöhrəsinə xülasə baxış”;

72. “Allah axtarışında”;

73. “Gənclərin cinsi problemləri”;

74. “İslamdan nəyi bilməyik?”;

75. “Materializm və kommunizm haqqında”;

76. “Qur’an və hədis”;

77. “Təqlid, yoxsa təhqiq”;

78. “Xüms istiqlalın sütunudur”;

79. “İntizar məsələsi”;

80. “Rə’y əsasında təfsir”;

81. “Ciddi mübarizə üçün təqiyyə”;

82. “Bu məsələ bütün gənclərə aiddir”;

83. “İslam və qulların azadlığı”;

84. “Həyatdan 150 dərs”;

85. “Nümunəvi ailədə qayğı”;

86. “İslam hökuməti proqramı”;

87. “Müqəddimə vəhy risaləsi”;

88. “İltiqat və iltiqatiha”;

89. “İmam Rizanın (ə) tarixi”;

90, 91. “Nəhcül-bəlağədə İslam əxlaqı”;

92. “Şəriət məsələləri risaləsi”;

93. “Gənclərin hökmləri risaləsi”;

94. “Qadınların hökmləri risaləsi”;

95. “Həcc mərasimi”;

96, 97. “Yeni istiftaat”;

98-100. “Hidayət nuru”;

101. “Ürvətul vüsqaya şərh”;

102, 103. “Fiqh qaydaları”;

104-108 “Ənvarul-füqahə”;

109-111. “Ənvarul-üsul”;

112-114. “İmamın tapşırığı” (Nəhcül-bəlağənin şərhi);

115. “Sələm və İslamda bank”;

116. “Sələmdən uzaqlıq yolları”;

117. “Qur’anın gözəl məsəlləri”;

118. “Əbədi öyüdlər”;

119. “Əxlaq sayəsində sağlam cəmiyyət”;

120. “Mühüm fiqh məsələləri”;

121. “Hökmul-əzhiyə”;

122. “Fərdi ümrə”;

123. “Xanımların Həcci”;

124. “Həccin ümumi ayinləri”;

125. “Həzrət Mehdinin (ə. c.) ümumdünya hökuməti”;

126. “Gənclərin sorağınca”;

127. “Həzrət Əlinin (ə) buyuruqlarından 110 öyüd”;

128. “Ayın görünməsi ilə bağlı bir neçə mühüm nöqtə”;

129. “Şər’i hiylələr və düzgün çıxış yolu”;

130. “Vilayət ayələri”;

131. “Yeni Məfateh”;

132. “Cəzalandırma”.


Yerləşdirilib: 12 Fevral, 2012  00:22 Baxılıb: 5492 Çap
Son 10 fətva