Namaz cədvəlləri ilə bağlı suallara cavab və mərcəiyyətin rəyi

Bismillahir-Rəhmanir-Rəhim

Son zamanlar, xüsusilə mübarək ramazan ayı ərəfəsində namaz cədvəlləri ilə bağlı sayta çox saylı suallar ünvanlanmışdır. Habelə saytımızdakı namaz cədvəlinin düzgün olub-olmaması istifadəçiləri narahatlığa salmışdır. İstifadəçilərimizə ətraflı cavab verəcəyimizi bildirsək ki, müəyyən tədqiqatlara görə və həmçinin QMİ-nin yeni namaz vaxtı standartlarına keçəcəyilə bağlı məlumatlar səbəbindən məqalə gecikdi.

Namaz cədvəlləri və vaxtları ilə bağlı əvvəlki məqalələrimizdə ətraflı məlumat vermişdik (http://fetva.313news.net/article/a-23.html). Saytımızdakı namaz təqvimi isə Tehran metoduna əsaslanır. Diqqət edək ki, bir mühüm nüansı səhv salmayaq: Tehran metodu o demək deyil ki, Tehran üfüqü üçün olan namaz təqvimini Bakı vaxtına uyğunlaşdırıb, sayta yerləşdirilib. "Tehran metodu" deyildikdə, Tehran Universitetinin Geofizika institununun müəyyən etdiyi standartlar əsasında Bakı şəhərinin koordinatları nəzərə alınmaqla namaz vaxtlarının tərtib edilməsidir.

Biz sayt kollektivi olaraq heç vaxt hansısa namaz vaxtının mütləq düzgün, digərlərinin isə batil olduğunu iddia etməmişik. Ümumiyyətlə, namaz vaxtlarının- şəri vaxtların təyin və müəyyən olunması hər bir müsəlman tərəfindən müəyyən edilə bilər. Hər bir mükəlləf özü üçün müşahidə apara, vaxt müəyyən edə bilər. Lakin ictimai bir məsələ kimi yanaşdıqda, bu iş mütəxəsislərə həvalə olunmalıdır. Məntiqi olaraq yanaşaq, ömrü boyu 1-2 dəfə üfüqü şəhərin işıqlı, tozlu və s. diskomfort amillərin təsiri altında müşahidə etmiş həvəskar şəxsin rəyi ilə illərlə bu iş üzərində tədqiqat aparmış, yüz dəfələrlə lokal müşahidələrə əsaslanaraq rəsədxana mühitində standartlar müəyyən etmiş mütəxəsislər qrupunun rəyi müqayisə oluna bilməz. Odur ki, biz bu məsələni peşəkarlara həvalə etməyin tərəfdarıyıq.

İlk əvvəl məsələnin şəri tərəfini əks etdirmək üçün fəqihlərin rəyinə baş vuraq:

Ayətullahul-uzma Seyid Əli Xameneyi: Tehran Universitetinin cədvəlinə uyğun əməl edin.

 

Qeyd: Fars dilli bölmənin cavabında kalkulyasiya etmək üçün link verilmişdir.

 

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani: Hər hansı cədvəl tövsiyə edilmir, özünüz müəyyən etməkdə mükəlləfsiniz.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani: Meyar vaxtın daxil olmasına arxayınlığın olmasıdır. Zahirən Qum mərkəzinin vaxtları həqiqətə daha yaxındır. Ehtiyat vacibə əsasən, ayın 12-sindən 25-nə qədər olan günlərdə Qum mərkəzinin hesablamasına görə sübh azanının vaxtı sübh azanından 15 dəqiqə sonra ağartı görünənə qədər arxayınlıq yaranması üçün səbr edilməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi: Yaşadığınız şəhər yaxud kəndin üfüqünə müvafiq əməl etməlisiniz. Şəri vaxtların müəyyən olunmasının bir çox yolları vardır. Bunlara risalələrdə işarə də olunmuşdur. Siz bu göstəricilərə əsasən məlumat əldə edə bilərsiniz. Əlbəttə, İRİB, yerli kütləvi informasiya vasitələri və aidiyyatı qurumlardan güclü güman əldə edə bilərsiniz. Bu dediklərimiz də şəri vaxtın müəyyən olunması üçün mötəbərdir.

Sayt tərəfindən: İRİB tərəfindən Tehran Universitetinin metoduna əsaslanan namaz cədvəli verilir.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani: Meyar mükəlləfin özünün vaxtı müəyyən etməsidir. Əgər mükəlləf vaxtın daxil olmasında bu iki cədvəlin (Tehran və ya Qum) hansı birinə arxayınlığı olsa, ona əməl edə bilər.

Ayətullahul-uzma Seyid Əli Sistani: Şəhərinizin azan vaxtlarını dəqiq müəyyən etmək üçün Astronomik mütaliə və təhqiqat mərkəzi ilə (A.R.C.) əlaqə saxlayın- "Nojumi".

Hazırda ölkəmizdə bir neçə namaz təqvimi istifadə olunur: QMİ-nin sifarişi ilə Şamaxı rəsədxanasının hazırladığı cədvəl, Tehran Universitetinin cədvəli və "Leva" tədqiqat mərkəzinin təqvimi. Biz bu siyahıya Həzrət Ayətullah Sistaninin ofisinə bağlı "Nojumi" elmi mərkəzinin standartlarını tətbiq edərək izah verək:

Metodologiya Fəcr (dərəcə) Məğrib (dərəcə)




QMİ 16,0 3,4




Tehran 17,7 4,5





Leva 16,0 4,0





Nojumi 18,0

3,8






 

 

1 Noyabr Sübh Məğrib





QMİ 05:48 17:53





Tehran 05:39 17:58





Leva 05:48 17:56




Nojumi 05:38 17:54




 

Yuxarıda göstərilən cədvəl metodlarının hamısı mütəxəsislər tərəfindən hazırlanıb. Zöhr azanı, Günəşin çıxması və batması vaxtlarında cədvəllərdə ümumiyyətlə fərq yoxdur. İxtilaf sübh və məğrib azanının vaxtındadır. Buradakı fərqlilik də əslində müəyyən mənada təbiidir. Fəcri-sadiq və məğrib azanının vaxtı üfüqdə ağartının peyda olması və qırmızılığın itməsilə bağlıdır. Bu isə elə təbiət hadisəsidir ki, 1-2 dəqiqədə baş vermir, müşahidə edənlərin fikirlərində 4-5, bəzən 10 dəqiqəyə qədər fərq olur. Bu səbəbdən də mütəxəsislərin də nəzərində ehtiyat, astronomik faktorlar və s. səbəbdən ixtilaflar meydana gəlir.Qeyd edək ki, QMİ-nin cədvəlindəki yeni dəyişikliyə əsasən fəcri-sadiq (sübh azanı) 16 dərəcə altında qeyd olunub, yəni tezləşdirilib. Əvvəllər isə fəcr vaxtı 14,1 dərəcə ilə təyin olunurdu.

Əziz müsəlmanlar bacı-qardaşlara tövsiyəmiz budur ki, hansısa dəlili (mərceyi-təqlidinin dəftərinin tövsiyəsi yaxud milli rəsədxananın imkanları və s.) əsas tutaraq bu cədvəllərdən birinə əməl etsinlər yaxud ehtiyat etsinlər. Allah ibadətlərimizi qəbul etsin!

Yerləşdirilib: 2 Noyabr, 2015  11:42 Baxılıb: 1456 Çap