İstihlal

Mərcəiyyətin mübarək ramazan ayı ilə bağlı elanları -2017 (1438)

Mayın 27-si şənbə gününü mübarək ramazan ayının biri kimi elan edən fəqihlər:

Ayətullahul-uzma Seyid Əli Hüseyni Xameneyi

Ayətullahul-uzma Seyid Musa Şübeyri Zəncani

Ayətullahul-uzma Şeyx Nasir Məkarim Şirazi

Ayətullahul-uzma Şeyx Lütfullah Safi Qolpayqani

 

Ayətullahul-uzma Şeyx Hüseyn Vəhid Xorasani mayın 27-sini şəkk günü olaraq elan etmiş və bildirmişdir ki, həmin günün şəban yoxsa mübarək ramazan ayından olması şübhəlidir. Mayın 28-i isə dəqiq olaraq mübarək ramazan ayı olsa da, dəftərxana 1-ci yaxud 2-ci gün olmasının onlara qeyri-müəyyən olduğunu bildirmişdir.

Ayətullahul-uzma Seyid Əli Hüseyni Sistani isə mayın 28-i bazar gününü mübarək ramazan ayının ilk günü olaraq elan etmişdir.

Yerləşdirilib: 28 May, 2017  12:00 Baxılıb: 142 Çap