İstihlal

Müsəlman ölkələrində mübarək ramazan ayı nə zaman başlayır?

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda mübarək ramazan ayının ilk günü olaraq 17 may tarixini elan edib.

Səudiyyə Ərəbistanı mayın 17-si cümə axşamı gününü mübarək ramazan ayının ilk günü olaraq elan edib. Belə ki, çərşənbə axşamı (mayın 15-i) aparılan müşahidələrdə yeni ayın hilalılının görünmədiyi bildirilib.

Həmçinin BƏƏ də Ayın müşahidə edilmədiyini və beləliklə, mayın 17-si mübarək ayın ilk günü olacağını elan edib.

Pakistannın "Hilalı müşahidə qurumu" da ramazan ayının ölkədə mayın 17-si başlayacağının böyük ehtimal olduğunu bildirib.

İranın Ali Liderinə bağlı olan Ayı müşahidə qurumu mayın 17-si mübarək ramazan ayının 1-nə təsadüf edəcəyini bildirib.

İraqın ən böyük mərcəyi-təqlidi və dini rəhbərliyi olan Ayətullah Sistaninin dəftərxanası tərəfindən çap olunan təqvimdə də ramazan ayının ilk günü mayın 17-sinə təsadüf edir.

Malayziya və İndoneziyanın dini idarələri də ramazan ayına mayın 17-də başlayacaqlarını elan ediblər.

Türkiyənin Dəyanət Nazirliyi isə mayın 16-sı çərşənbə günü ramazan ayının ilk günü olaraq elan edib.

 

 

Yerləşdirilib: 15 May, 2018  23:18 Baxılıb: 348 Çap