İstihlal

1439-cu ilin mübarək ramazan ayının başlanması ilə bağlı mərcəiyyətin elanları

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanasından verilən rəsmi məlumatda 16 may axşamı ölkəboyu hilalın adi və silahlı gözlə müşahidə olunduğu və mayın 17-sinin ramazan ayının ilk günü olduğu bildirilir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani mayın 17-sini ramazan ayının 1-ci günü olaraq elan edib. Bu barədə dəftərxananın dərc etdiyi məlumatda deyilir.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani 17 may cümə axşamı gününü mübarək ramazan ayının əvvəli olaraq elan etmişdir. Mərcəyi-təqlidin dəftərxanasının yaydığı elannamədə bildirilənə görə etimadlı şəxslərin şəhadəti nəticəsində Seyid Zəncaniyə ayın əvvəli sabit olmuşdur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanasının bildirişinə görə, ölkə boyu etimadlı şəxslərin şəhadətinə əsasən yeni Ay adi gözlə görünmüş və 17 may tarixinin ramazan ayının başlanğıcı olması təsdiq olunmuşdur.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanasından verilən məlumata görə, ayın əvvəli mərcəyi-təqlidə sabit olmuş və o, mayın 17-sini mübarək ayın əvvəli elan etmişdir.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası mayın 17-sini ramazan ayının 1-ci günü olaraq elan etmişdir. Elannaməyə əsasən yeni ayın hilalı mötəbər dəlillərlə sübut olunmuşdur.


 

Yerləşdirilib: 17 May, 2018  00:49 Baxılıb: 340 Çap