İstihlal » 1442-ci ilin mübarək Fitr bayramı ilə əlaqədar mərcəiyyətin elanı (2021)

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası mayın 13-nü Fitr bayramı elan edib. Elana əsasən çərşənbə günü (mayın 12-si) aparılan müşahidələrdə şəvval ayının hilalı sabit olub.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanasının elanına əsas şəvval ayı sabit olmayıb. Buna əsasən Fitr bayramı 14 may cümə gününə təsadüf edəcək.

Ayətullahul-uzma Şeyx Məkarim Şiraziyə Fitr bayramı sabit olub. Dəftərxanasından verilən məlumatda bildirilir ki, etibarlı şəhadətlər əsasında hilal sabit olub və 13 may günü Fitr bayramı hesab olunur.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaniyə bayram sabit olub. Mərcəyi-təqlidin dəftərxanası 13 may tarixini Fitr bayramı elan edib.

Ayətullahul-uzma Seyid Əli Sistaninin Nəcəfi-əşrəf şəhərində yerləşən dəftərxanası mayın 14-nü Fitr bayramı elan edib. Elana əsasən mayın 12-si aparılan müşahidələrdə şəvval ayının hilalı adi (cihazsız) gözlə müşahidə edilməyib.

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!