20 Mart, 2012
Niyə namazı əllərimiz açıq halda qılırıq?

Bismillahir-Rəhmani-Rəhim. Bizə ən çox ünvanlanan suallardan biri də namazın qiyam şəkli ilə bağlıdır. Sual edilir ki, nə üçün Əhli-beyt (ə) məzhəbinin ardıcılları namazların qiyam halında əllərini yana salır, yəni açıq tuturlar?

Cavab: Bu məsələ mübarək Qurani-Kərimdə açıq şəkildə bəyan olunmayıb. Əhli-beyt (ə) məzhəbində namaz qılınma şəkli, o cümlədən qiyam (ayaqüstə durmaq) halı məsumlardan (ə) nəql olunan mötəbər hədislərə əsaslanır:

 

علي بن إبراهيم، عن أبيه، ومحمد بن إسماعيل، عن الفضل بن شاذان جميعا، عن حماد بن عيسى، عن حريز، عن زرارة عن أبي جعفر ( عليه السلام ) قال : وعليك بالإقبال على صلاتك ـ إلى أن قال ـ ولا تكفر ، فإنما يفعل ذلك المجوس
...Zürarə Əbu Cəfər (imam Baqir a.s)dan nəql etdi: "namazını şövq və hüzur ilə qıl və əllərini bağlama. Çünkü bu əməli məcusilər edirlər" ("Kafi" 3/299; "Vəsailuş-şiə" 7/266).

عنه، عن أحمد بن محمد، عن حماد، عن حريز، عن رجل، عن أبي جعفر (عليه السلام) قال: قلت له: ” فصل لربك وانحر”؟ قال: النحر الاعتدال في القيام أن يقيم صلبه و نحره وقال: لا تكفر فإنما يصنع ذلك المجوس ولا تلثم ولا تحتفز (1) ولا تقع على قدميك ولا تفترش ذراعيك
...Həriz bir adamdan o da Əbu Cəfər (imam Baqir a.s)dan nəql etdi: "əllərini bir-birinin üzərinə qoyma, çünkü bu məcusilərin əməlidir" ("əl-Kafi", 3/336-337; "Təhzib əl-Əhkam", 2/84; "Vəsail əş-Şiə", 7/266)

عن أبيه ، عن سعد بن عبدالله ، عن محمد بن عيسى ، عن القاسم ابن يحيى ، عن جده الحسن ، عن أبي بصير ومحمد بن مسلم ، عن الصادق ، عن آبائه عليهم السلام قال : قال أمير المؤمنين عليه السلام : لايجمع المسلم يديه في صلاته وهو قائم بين يدي الله عزوجل يتشبه بأهل الكفر يعني المجوس
...Məhəmməd b. Müslüm imam Baqir və ya imam Sadiq a.s-dan nəql etdi: imama dedim ki: "bir şəxs namazda sağ əli sol əlinin üzərinə qoya bilər?" dedi ki: "yox, bunu etməməlidir" ("Təhzib əl-Əhkam", 2/84 ;"Vəsail əş-Şiə", 7/265-266).

عن أبيه ، عن سعد بن عبدالله ، عن محمد بن عيسى ، عن القاسم ابن يحيى ، عن جده الحسن ، عن أبي بصير ومحمد بن مسلم ، عن الصادق ، عن آبائه عليهم السلام قال : قال أمير المؤمنين عليه السلام : لايجمع المسلم يديه في صلاته وهو قائم بين يدي الله عزوجل يتشبه بأهل الكفر يعني المجوس
...Əbu Bəsir və Məmməd b. Müslüm imam Sadiqdən a.s, o da atalarından a.s nəql etdi: Əmirəlmöminin a.s dedi: “müsəlman bir şəxs namazda, Allahın hüzurunda ikən əllərini bağlayaraq küfr əhli olan məcusilərə bənzəməməlidir.” ("Xisal", 2/161; "Vəsail əş-Şiə", 7/267; "Bihar əl-Ənvar", 81/325).


Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!