Fiqhi məqalələr » Hansı dəniz məhsullarını yemək olar?

 

Müqəddəs İslam şəriətinə əsasən, dəniz məhsullarının bir qismini yemək icazəli, digər qismini yemək isə qadağandır. Pulcuqlu balıqları yemək caiz, digər dəniz canlıları isə haramdır.

Əgər pulcuğu sonradan tökülmüşsə, yaxud kiçik ölçüdədirsə, yenə də yemək caizdir. Həmçinin krivetka da yemək olar ki, onun da halal olması rəvayətlərlə təsdiqlənmişdir.

Bundan başqa canlıların; xərçəng, qurbağa, köpək balığının yeyilməsi caiz deyil.

Bu barədə Əhli-beytdən (ə) kifayət qədər hədislər rəvayət olunmuşdur:

 

İmam Sadiqdən (ə) nəql olunur: "Pulcuqlu balıqların hər növünü yeyə bilərsən, amma pulcuqsuz balıqlardan çəkin" ("Mən lə yəhdurul-fəqih",c.3,s.413).

 

İmam Rza (ə) Məmuna yazdığı məktubda da bu barədə danışır:

تَحْرِیمُ الْجِرِّیِّ (مِنَ السَّمَکِ) وَ السَّمَکِ الطَّافِی وَ الْمَارْمَاهِی وَ الزِّمِّیرِ وَ کُلِّ سَمَکٍ لَا یَکُونُ لَهُ فَلْس

"Özü ölmüş su üstündəki balıqlar və pulcuğu olmayan bütün balıqlar haramdır" ("Vəsailüş-şiə",c.24,s.129)

 

İmam Sadiq (ə) buyurur ki, Əmirəl-möminin (ə) balıq bazarına gedər və "pulcuğu olmayan balıqları yeməyin və alverini də etməyin" deyə car çəkərdi.

 

Bu mövzu barəsində Əhli-beyt (ə) məktəbinin alimləri ittifaq edilmiş və verilən fətvalarda fərqə rast gəlinməmişdir.

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!