Fiqhi məqalələr » Mübarək ramazan ayının fərqli günlərdə başlanmasını nəzərə alaraq, bizim vəzifəmiz nədir? (2)

Məqalənin 1-ci hissəsində məsələnin nəzəri hissəsi ilə tanış olduq. 2-ci hissəsədə, mümkün qədər praktiki məsələlərə yer verməyə çalışaq.

Ölkəmizdə təqlid olunması baxımında böyük mərceyi təqlidlərdən- Ayətullah Xameneyinin, Ayətullah Sistaninin, Ayətullah Məkarim Şirazinin və Ayətullah Vəhid Xorasaninin nəzərlərinə yer verəcəyik.

Əvvəla qeyd etmək yerinə düşər ki, keçmiş müctəhidlər bu məsələ barəsində nəzər irəli sürməmişlər. Buna səbəb isə həmin dövrdə telefon, internet kimi vasitələr olmadığından, insanların bir gecə ərzində min kilometrlərlə uzaqda görünən Ay barəsində məlumat almaq imkanında olmamalıdır. Həmin dövrdə müsəlmanlar öz üfüqlərində müşahidə apararaq qərar verərdilər.

Ayətullah Xameneyi və Ayətullah Sistani cənablarının üfüqlə bağlı nəzərləri demək olar ki, eynidir. Hər iki məracə üfüq birliyini şərt bilir. Üfüq birliyi dedikdə Ayın görünməsi baxımından eyni imkanlara malik ərazilərdir. Bu ərazilərdən birində Ay göründükdə, mütləq o birində də Ay görünməlidir. Yalnız bulud, duman kimi manelər istisna olunur.

Ayətullah Vəhid Xorasani müştərək gecəli ərazilərdə Ayın görünməsini kifayət bilir. Şeyx Xorasani nəzərində dəyişiklik edərək bildirib ki, gərək müştərək gecəyə malik ərazilər gecənin yarıdan çoxunda müştərək olsunlar.

Ayətullah Məkarim Şirazi həzrətləri də üfüq birliyini şərt bilir. Lakin şərq regionarında görünən Ayı qərb regionları üçün də kifayət bilir.

Birinci məqalədə qeyd etdik ki, Ay hilalının doğması və görünməsi anlayışlarını ayırd etmək mühümdür və şəriətdə əsas götürülən Ayın görünməsidir.  Hesab olunur ki, Ayın adi gözlə görünməsi üçün onun doğmasından 17-23 saat vaxt keçməlidir. Optik cihazlar vasitəsilə isə 15 saatdan sonra da görmək mümkün ola bilər.

Hal-hazırda elmi hesablamalar vasitəsilə Ayın doğma zamanı dəqiq təyin oluna bilir. Həmçinin Ayın görünmə ehtimalı da hesablana bilir. Bu zaman bir çox parametrlər, o cümlədən Ayın üfüqdən nisbətdə dərəcəsi, Günəş işıqlarının düşmə nisbəti, Günəşin və Ayın batması arasında zaman fasiləsi və s. nəzərə alınır.

Əziz oxuculara əyani olaraq izah etmək üçün məşhur Xalid Şövkətin rəhbərliyindəki "moonsighting" saytının proqnoz xəritələrini göstərək. Qeyd edək ki, bu proqnoz xəritələri elmi hesablamalara əsaslanır və bizim bir neçə illik təcrübələrlə də üst-üstə düşmüşdür.

Elə məqalənin hazırlandığı vaxt baxımından 1434-cü ilin (2013) şəvval hilalının dünya üzrə görünmə proqnozlarına nəzər salaq. Qeyd edək ki, Ay Bakı vaxtı 7 avqust 01:51-də təzələnəcək.  7 avqustda Ayın görünmə proqnozu (şəkilin üstünə vurmaqla böyük ölçüdə baxa bilərsiniz:

Şəkildə qeyd olunduğu kimi yaşıl rəngli zolaqlara düşən regionlarda Ay adi gözlə asanlıqla müşahidə olunacaq. Mavi rəngli zolağa düşən üfüqlərdə hava şərtləri münasib olsa, Ay adi gözlə görünəcək. Boz rəngli zolaqda Ayın görünməsi bir qədər çətindir- optik cihazlarla Ay mövqeyi tapıla və adi gözlə də müşahidə oluna bilər. Qırmızı zolaqlarda yalnız optik cihazlarla müşahidəsi mümkündür. Qara hissədə isə Ayın görünməsi mümkün deyildir, yalnız qırmızı zolağa yaxın hissələrdə güclü teleskopların köməyi ilə görmək mümkündür ki, bu da kiçik bir ehtimaldır.

Xəritədən aydın olur ki, 7 avqust tarixində Azərbaycan üfüqündə Ayın görünməsi ehtimalı yoxdur. Şəvval hilalı yalnız Mərkəzi və Cənubi Amerikada müşahidə olunacaq. Həmçinin qismən Cənubi və Mərkəzi Afrikada, həm də Avstraliyanın qərb sahillərində optik cihazların köməyi ilə görünə bilər. Bu proqnozlara əsasən, yuxarıda adını çəkdiyimiz müctəhidlərdən heç birinin müqəllidləri üçün ayın əvvəli sabit olmur. Ayətullah Vəhid bu məsələdə istisna təşkil edir. Xəritəyə əsasən cənubi Afrikada Ay görünə bilər. Bu region isə gecənin mütləq əksəriyyətində ölkəmizlə müştərəkdir. Beləliklə, 7 avqust gecəsində bu mərcenin müqəllidlərinə ayın sabit olması mümkündür. Avqustun 8-nə olan xəritəyə nəzər yetirək:

Göründüyü kimi dünyanın bir çox nöqtələrində Ayın görünməsi mümkün olacaq. Bizim üfüqdə ayın görünməsi müəyyən qədər çətin olsa belə, mümkün olacaq. Beləliklə, bütün müctəhidlərin hökmü ilə şəvval ayı sabit olacaq.

Burada "müştərək və ya həmüfüq" məsələsinə də aydınlıq gətirək. Xəritədə Azərbaycanla bərabər boz rəngdə təsvir olunan horizontlar bizimlə həmüfüqdür, məsələn, Türkmənistan, Qazaxıstan, Türkiyə və s. Lakin bu mütləq deyil, astronomik olaraq dəyişir. Şəvval ayının hilalının görünməsində bu şərt doğru olsa belə, digər vaxlarda mütləq deyil. Məsələn,  rəbiul əvvəl ayı:

Məsələn, burada tamam başqa müştərək üfüqlü ölkələr ortaya çıxır.

Son olaraq 2014-cü ilin mübarək ramazan ayının proqnoz xəritəsini göstərək:

Xəritədən göründüyü kimi, Azərbaycan üfüqündə, iyunun 28-də Ay yalnız optik cihazlarla görünəcək. Buna əsasən növbəti gün Ayətullah Xameneyinin fətvasına əsasən, ramazan ayının əvvəlidir. Həmçinin müştərək gecəli ərazilərə əsasən, Ayətullah Vəhidin müqəllidlərinə də ay sabit olur. Ölkəmizdən şərqdə yerləşən ölkələrdə sabit olması səbəbilə, Ayətullah Məkarimin fətvası ilə də ay sabit olacaq. Lakin mövcud vəziyyət Ayətullah Sistaninin şərtlərinə əsasən, uyğun deyil.

Qeyd: Yuxarıda qeyd olunanlar, şəritə əsasən etibarlı deyil. Şəriət yalnız birbaşa müşahidəni kafi bilir. Yalnız yəqin gətirdiyi halda astronomik məlumatları qəbul etməyə icazə verir.

 

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!