Alimlər » Seyid Əli Hüseyni Xameneyi

İslam İnqilabı Rəhbəri vəliyyi-fəqih Ayətullahul-uzma Seyid Əli Xameneyi 1939-cu il aprelin 19-da, hicri-qəməri  təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. Doğum şəhadətnaməsində iyulun 16-sına təsadüf edən (hicri-şəmsi təqvimlə) 24 tir 1318 tarixi qeyd edilsə də özü daha düzgün tarixin aprel ayında olduğunu bildirmişdir.

O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi. Əli Xameneyinin ata tərəfdən soyu məşhur seyidlərdən Sultan Seyid Əhmədə çatır ki, o da Əhli-beytin (ə) dördüncü imamı Həzrət Əli ibn Hüseynin (ə) nəslindəndir. Bu nəslin böyükləri 19-cu əsrin ortalarında Azərbaycan vilayətinin Təbriz şəhərinə köç etmişlər.

Ana tərəfdən soyu isə Mirdamadilərə çatır ki, onlar da altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu Əbulhəsən Dilbaca bağlanırlar.

Təhsili

Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Elmiyyə hövzəsində

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.

O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xameneyi 1955-ci ildə (16 yaşında) Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.
1957-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və iki aydan sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xamenei 1958-1364-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1964-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1968-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1964-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Tədrisləri

Seyid Əli Xameneyi Məşhəd şəhərinə qayıtdıqdan sonra ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayətul-üsul) verməyə başladı. Əsasən dərslərini Mirzə Cəfər Mədrəsəsində verirdi. Dərsdə istifadə etdiyi mənbələrdən biri Seyid Əbulqasim Xoyinin tələbələrindən olan Seyid Əli Nəqi Heydərinin "Üsulil-istinbat fi-Üsulil-Fiqh" kitabı idi. Bu kitab Məşhəddə "Məalimul-üsul" yerinə tədris edilirdi. Xaric dərslərini 1970-ci ilə qədər davam etdirdi. Dərslərə 80-ə qədər tələbə qatılırdı.

Seyid Əli Xameneyinin "Məkasib" dərslərinə 120-ə qədər tələbə qatılırdı və Məşhədin ən məşhur elmi məclislərindən sayılırdı.

Ayətullah Xameneyi ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

Seyid Xameneyi din tələbələrinin təkidlərindən sonra 1974-ci ilin mart ayından "Əqaid" dərsləri deməyə başladı. Dərslərini "Babi Hadi Əşər" kitabı əsasında tədris edirdi.

1989-cu ildə Ayətullah Xameneyi xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.

Ustadları:

Seyid Cəlil Hüseyni Sistani (Məalimul-üsul)

Seyid Cavad Xameneyi (Şərhi-Lümmə, Rəsail, Məkasib, Kifayə)

Mirzə Məhəmməd Müdərris Yəzdi (Şərhi-Lümmə)

Ayətullah Haşim Qəzvini (Rəsail, Məkasib, Kifayə)

Ayətullah Seyid Hadi Milani

Ayətullah Hacı Ağa Hüseyn Bürucerdi

İmam Ruhullah Xomeyni

Ayətullah Mürtəza Hairi Yəzdi

Ayətullah Seyid Məhəmməd Mühəqqiq Damad

Əllamə Təbatəbai

Ayətullah Hüseyn Əli Müntəziri

Seyid Əli Xameneyinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:

1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 06.08.1990
2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24.07.1990
3. Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 24.07.1990
4. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin – 04.08.1990
5. Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 26.08.1990
6. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 17.06.1990
7. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12.12.1994
8. Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 01.12.1994
9. Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 01.12.1994
10. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi
11. Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6-1415 h.q
12. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9-1373
13. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9-1373
14. Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415
15. Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415
16. Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı
17. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9-1373
18. Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi
19. Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9-1373
20. Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415
21. Həzrət Ayətullah Musəvi Həmədani – 12/9-1373
22. Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani
23. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9-1373
24. Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q
25. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9-1373
26. Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q
27. Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q
28. Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q
29. Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9-1373
30. Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9-1373
31. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9-1373
32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q
33. Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin
34. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q
35. Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9-1373
36. Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q
37. Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q
38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.
39. Həzrət Ayətullah Qərəvian – 13/9-1373
40. Höccətülislam Seyid Yəhya Cəfəri
41. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn
42. Həzrət Ayətullah Malik Hüseyni – 15/9-1373
43. Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri

Əsərləri:

Həzrət Ayətullah Xameneyinin qələmə aldığı əsərlər çoxdur və onlardan bəziləri çap olunmuşdur:

– Həzrətin “Əl-cihad” kitabının Xaric dərsi;

– Recal elmi haqda dörd kitab;

– Gələcək İslamın sayəsində;

– Namazın dərinliyindən;

– “Nəhcül-bəlağə”yə qayıdış;

– Beş cilddə sual və cavab;

– “Nəhcül-bəlağə”dən dərslər;

– Əxlaq dərsi;

– İmam Sadiqin (ə) həyatına bir baxış;

– İmam Rzanın (ə) siyasi şəxsiyyəti;

– İmamların həyatında mübarizə elementləri;

– Səbr etmə haqda söhbət;

– Vəhdət və partiyalaşma barədə söhbət;

– Müsəlmanlar Hindistan hərəkatında;

– Ələvi hökuməti haqda söhbət;

– İslam inqilabında və peyğəmbərlərin hərəkatlarında rəqib qruplar;

– Məzlumluq fəryadı;

– Müsahibələr;

– İmam Həsənin (ə) sülhü – tarixin möhtəşəm qəhrəmanlıq səhifəsi;

– Şəhidlik ətri;

– Dini mərkəzin missiyası;

– Cümə məktəbində;

– Qəbəsat ən-Nur;

– İstiftalar;

– Günəşin cilvəsi;

– İmamın yolu bizim yolumuzdur;

– Böyük dini rəhbərin incəsənətə baxışı;

– Doktor Mustafa Çəmranın fəaliyyəti, cihadı və şəhadəti;

– Böyük dini rəhbərin xəbərdarlıqları;

– İlk şəhid – Ayətullah Mustafa Xomeyni;

– İmam Səccadın (ə) həyatı haqda təhqiqatlar;

– Vilayət hədisi (Böyük dini rəhbərin bəyanatlarının toplusu – bir neçə cilddə).

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!