Fiqhi məqalələr » Qürubla (Günəşin batması) məğrib azanı arasında vaxt fasiləsi varmı? Gecə yarısı necə hesablanır?

Əziz möminlərdə sual doğuran məsələlərdən biri Günəşin qürubu (batması) ilə məğrib (axşam) azanı arasında fərqin olub-olmamasıdır. Bəziləri bu iki anlayışı eyniləşdirir və ya qarışdırırlar.

Zöhr və əsr namazlarının vaxtı qürubda başa çatır. Müasir mərceyi-təqlidlər əsasən bu nəzərdədirlər. Bir neçə böyük fəqihin fətvalarına nəzər yetirək:

Ayətullahul-uzma Seyid Əli Xameneyi: Zöhr və əsr namazlarının vaxtı Günəş qürub etdikdə başa çatır (dəftərxana);

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani: "Tovzihul-məsail", 737-ci məsələ;

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi: "Şəriət hökmlərinin izahı",672-ci məsələ;

Ayətullahul-uzma Seyid Əli Sistani: "İzahlı şəriət məsələləri",718-ci məsələ.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, Ayətullah Xameneyinin dilimizə tərcümə olunmuş "Şəri suallara cavablar" kitabında belə qeyd olunur ki, günorta namazlarının (zöhr və əsr) vaxtı məğrib azanına qədər davam edir (bax: cild 1, sual 350).

Halbuki, Seyidin fətvası həmin kitabın farsca olan orijinalında bundan fərqli qeyd olunub. Orijinalda 346-cı sual həmin cürə ünvanlanır və cavab belə olur: "Əsr namazının axır vaxtı günəşin batmasıdır". Bizim dilimizdə olan kitabda isə olan bilsin ya çap yaxud da tərcümə səhvinə yol verilmişdir.

Deməli, əziz möminlər üçün aydın oldu ki, zöhr və əsr namazlarını günəş batanadək qılıb, bitirmək lazımdır.

Digər bir məsələyə də aydınlıq gətirmək istərdik ki, bu da məğrib namazının başlanğıc vaxtıdır. Əhli-beyt (ə) məktəbinə əsaslanan namaz cədvəllərində qeyd olunan "Axşam azanı" yaxud "Məğrib azanı"- günəş batmasından sonra şərq üfüqdəki qızartının qərb üfüqə keçməsini göstərir ki, "şəri məğrib" adlanır.

Ümumiyyətlə məğrib namazının əvvəl vaxtı fəqihlər arasında ixtilaflı mövzudur. Fiqh dərslərində iştirak edənlər bu barədə məlumatlı olduqlarından, digər möminlərə vəzifələrini aydınlaşdırmaqla kifayətlənirik.

Ayətullah Xameneyinin fətvasına əsasən, məğrib namazının əvvəl vaxtı yuxarıda qeyd etdiyimiz "şəri məğrib"dən başlayır və ondan əvvəl (məsələn, qürubdan) qılınarsa, batildir.

Ayətullah Xorasaninin və Ayətullah Sistaninin nəzərlərinə əsasən, vacib ehtiyatdır ki, şəri məğrib gözlənilsin və ondan əvvəl qılınmasın. Hərçənd ki, bu iki mərcəyə təqlid edənlər, ələmlik dərəcəsini gözləməklə qəti fətva vermiş müctəhidin nəzərinə əməl edə bilərlər.

Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, "şəri məğribi" gözləmək vacib deyil, qürubdan dərhal sonra da axşam namazlarını qılmaq olar. Lakin daha yaxşı olar ki, şəri məğribi gözləsinlər.

Hər bir halda, şəri məğribi gözləmək, hər cəhətdən daha üstündür.

Digər bir məsələ isə, gecə yarının hesablanmasıdır. Bəzən irad tutulur ki, "nə üçün sizin təqdim etdiyiniz namaz cədvəlində gecə yarısı digər cədvəllərə nisbətən daha tezdir?". Məsələ burasındadır ki, bəziləri gecə yarısını məğrib azanından sübh azanına qədər olan vaxtın tən yarısı olaraq götürürlər. Halbuki, daha düzgünü budur ki, qürubdan sübh azanına qədər olan vaxtın yarısı götürülsün. Fəqihlərin də nəzəri bu cürdür:

Ayətullah Xameneyi, "Əcvibətül-istiftaat", sual 363 (orijinal)

Ayətullah Xorasani, "Tovzihul-məsail", m.745

Ayətullah Şirazi, "Şəriət hökmlərinin izahı",679

Ayətullah Sistani, "İstiftaat",s.331

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!