İstihlal » Fəqihlərin fərqli günləri ramazan ayının əvvəli elan etməsinə nə səbəb olub?

Bu gün (29 iyun) bəzi mərcəyi-təqlidlər tərəfindən mübarək ramazan ayının 1-i, digər bir qism tərəfindən isə şəban ayının son günü elan olunub. Böyük fəqihlərdən Ayətullah Seyid Əli Xameneyi, Ayətullah Şeyx Məkarim Şirazi, Ayətullah Safi Qolpayqani bu günü mübarək ramazan ayının ilk günü elan etmişlər.

Bir sıra mərcəyi-təqlidlər isə sabahkı günü (30 iyun) ramazan ayının 1-i elan etmişlər: Ayətullah Şeyx Vəhid Xorasani, Ayətullah Seyid Şübeyri Zəncani, Ayətullah Seyid Əli Sistani.

Bizə verilən suallara cavab olaraq qeyd edək ki, fəqihlərimizin 1 gün fərqlə orucluğu elan etmələri ictihadi və təbii məsələdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin nəzərinə əsasən, şəban ayı 30 günə tamamlandığından, bu gün (dünən gecəki müşahidədən asılı olmayaraq) ramazan ayının 1-idir.

İran ərazisini Azərbaycanla müştərək üfüqdə bilən Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin nəzərinə əsasən də bu gün ramazan ayının əvvəlidir. Vəliyyi-fəqihin dəftərindən aldığımız məlumata əsasən, dünən İranın Cənubi Xorasan, Fars və Xuzistan vilayətlərində Ayın adi gözlə müşahidə baş tutmuşdur.

Ayətullahul-uzma Seyid Sistani həzrətlərinin mübarək ramazan ayını elan etməməsi isə müvafiq üfüqdə Ayın adi gözlə görünməsi barədə mötəbər şəhadətin olmaması səbəbindən ola bilər. İranın yuxarıda qeyd etdiyimiz şəhərlərinin cənab Sistani ağanın şərtləri ilə bizim üfüqlə müştərək olması barədə əlimizdə mötəbər dəlil olmadığına görə, bu günün ramazan ayından olduğunu bildirə bilmərik.

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!