Şeyx Vəhid Xorasaninin həyatı
Şeyx Vəhid Xorasani 21 mart 1921-ci ildə Nişapur şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyaninin xaric dərslərinə qatılmışdır.
{img1}Fəlsəfəni Mirzə Əbulqasim İlahi və Mirzə Mehdi Əştiyaninin hüzurunda oxumuşdur. 1949-cu ildə 28 yaşında Reydə böyük fəqih Ayətullah Seyid Höccət Kühkəməri tərəfindən ictihad icazəsini almışdır.
27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatılmış, ustadın seçilmiş tələbələrindən olmuşdur.
İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir.
İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur. Digər əsərlərindən bəzisi aşağıdakılardır:
-"Şərhi Urvətul-vusqa"
-"Şərailil-islam"
-"Şərhi-Kifayə"
-"Şərhi Məkasibi-muhərrəmə" və s.