19 Yanvar, 2019
21 yanvar Ay tutulması ilə bağlı ayət namazının hökmü

Yanvarın 21-i 2019-cu ilin ilk Ay tutulması baş verəcək. Tam Ay tutulması Azərbaycan ərazisindən müşahidə edilməyəcək. Lakin yarımçıq tutulmanı hündürlükdən və qərb üfüqünü müşahidə etmək imkanı əldə edənlər görə biləcəklər. Buna əsasən də ölkəmizdə yaşayan müsəlmanlara ayət namazı vacib olacaq. Bakıda Ayət namazını qeyd olunan zaman müddətində qılmaq lazımdır: 07:33- 08:01

Ölkənin digər şəhər və rayonlarında namazın başlama vaxtı eyni olsa da, bitmə vaxtı Bakıdan namaz vaxtlarında olduğu kimi (maksimum) 20 dəqiqəyə kimi gec olacaq.

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!