İddədə olan qadınla (Allah eləməsin) zina edən kişi sonradan onunla evlənə bilərmi?

Cavab 1: Əgər kişi rici təlağın iddəsində olan qadınla zina etsə, bir-birlərinə həmişəlik haram olarlar. Amma mütə, bain yaxud vəfat iddəsində olan qadınla zina etsə, sonradan onunla evlənə bilər. Hərçənd müstəhəbb-ehtiyatdır ki. evlənməsin.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Əgər bir kəs rici təlağın iddəsində olan qadın ilə zina etsə, o qadın vacib ehtiyata görə ona haram olur. Əgər mütə, bain təlağı, ya vəfat iddəsində ya da vətyi-şübhə iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2462

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2365

 

Cavab 3: Başqasının iddəsində olan bir qadınla zina etsə, vacib ehtiyata əsasən, təlaqın rici və yaxud qeyri-rici olmasından asılı olmayaraq, o qadın ona haram olur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2050

 

13 Dekabr, 2012  05:14 Baxılıb: 1494 Çap

Bu bölmədə

Son 10 fətva