Günahlar

Rəqs etməyin hökmü nədir?

Cavab 1: Ehtiyat-vacibə görə kişinin oynaması haramdır. Qadının qadınlar üçün oynamasına gəldikdə isə, əgər bu rəqs vasitəsilə məclis haram məclisə çevrilsə, məsələn rəqs məclisinə çevrilsə işkallıdır və ehtiyat-vacibə görə tərk edilməlidir. Lakin qadının qadın məclisində rəqs etməsi şəhvəti təhrik edərsə və ya bir fəsada səbəb olarsa yaxud haram işlə (məsələn haram musiqi və avazla) olarsa və ya məclisdə naməhrəm kişi olarsa haramdır. Yuxarıdakı hökmdə toy məclisi və ya başqa məclislərin heç bir fərqi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Rəqs etmək işkallıdır. Lakin qadının əri üçün rəqs etməsinin eybi yoxdur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 3: Kişinin qadın, qadının da kişi üçün rəqs etməsi haramdır. Vacib ehtiyata əsasən, kişinin kişi, qadının da qadın üçün rəqs etməsi də haramdır. Yalnız ər və arvadın başqalarının gözündən uzaqda bir-biri üçün rəqs etməsi caizdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İstiftaat",14911

 

3 Fevral, 2013  06:58 Baxılıb: 3284 Çap

Bu bölmədə

Son 10 fətva