Təharət

Namazın qəzaya getməsinə az qalıb. Lakin əlimdəki yaradan qan dayanmır ki, dəstəmaz alıb, namaz qılım. Bu halda vəzifəm nədir?

Cavab: Fərz olunan halda yara olan yeri su kranının altında yuyun və barmağınızı onun üzərinə sıxın ki, qanın axmasının qarşısı alınsın və dərhal dəstəmaz niyyəti ilə həmin yeri yuyun və bundan sonra digər üzvlərinizə dəstəmaz alın. Əgər bu işi görə bilmirsinizsə, vəzifəniz cəbirə dəstəmazıdır. Cəbirə dəstəmazı alarkən ilk əvvəl yaranın ətrafını (nəcisin - qanın çox olmaması şərti ilə) yuyun və yaranın üzərinə parça və buna bənzər bir şey qoyaraq parçanın üzərinə yaş əlinizi çəkin.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

15 Aprel, 2013  15:59 Baxılıb: 1329 Çap

Bu bölmədə

Son 10 fətva