Bilmədən namaz qiblənin əks istiqamətində qılınıbsa və vaxt keçdikdən sonra yada düşübsə, bu namaz səhihdirmi?

Cavab 1: Etibarlı dəlilə əsasən qibləni təyin edib və o səmtə namaz qılarsa və sonradan qiblə tərəfə qılmadığı məlum olarsa, əgər qiblədən dönməsi onun sağ tərəfi ilə sol tərəfi arasından (doğsan dərəcədən) artıq olarsa, əgər namaz qılmaq üçün vaxt qalıdığı halda gərək namazı yeniləsin; amma əgər vaxt keçibsə, hətta əgər arxası qibləyə namaz qıldığı məlum olsa da qəzası yoxdur; əlbətdə ehtiyat müstəhəbbə əsasən arxası qibləyə namaz qıldığı halda, bəlkə hətta arxası qibləyə olmasa da, qəza qılsın.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər namazı dəqiq olaraq üzü qibləyə qılmadığını başa düşsə, bu halda qiblənin sağla sol istiqaməti arasında əyri dayanmış olduğu təqdirdə namazı səhihdir. Bu surətdən qeyrisində, əgər namazın vaxtı ötüb keçməmiş başa düşərsə, namazı təzələməlidir, vaxt keçdikdən sonra başa düşdükdə isə qəzası yoxdur. Lakin, əgər arxası qibləyə qılmışsa, vacib ehtiyat olaraq qəzasını yerinə yetirməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1280

Cavab 3: Əgər namazı arxası qibləyə qıldığını bilərsə, onu təzələməlidir. Əgər namazın vaxtı keçərsə onun qəzasını yerinə yetirməlidir. Amma bilmədən namazı sağ və ya sol tərəfə dayanaraq qılarsa namaz batil deyil.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1118

Cavab 4: Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 dərəcədən artıq xəta ilə qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkli və ya cahil idisə, qəza etməlidir. Amma əgər şəkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1258

23 Aprel, 2013  06:03 Baxılıb: 1901 Çap

Bu bölmədə

Son 10 fətva