Bağırsaq yelinə görə dəstəmazını saxlaya bilməyən şəxs, necə namaz qılsın?

Cavab: Əgər gün ərzində elə bir vaxt var ki, həmin şəxs bir dəstəmazla namazın müstəhəbb hissələrini (azan, iqamə, qunut və s.) tərk edərək, yerinə yetirə bilsin, həmin şəxs qeyd olunan vaxtda dəstəmaz alıb, namazını qılmalıdır. Əks halda iki hal fərz oluna bilər:

1. Dəstəmazı pozan iş namaz əsnasında 1,2 yaxud 3 dəfə baş versin; Bu halda, dəstəmaz alıb dərhal namaza başlamalı və yanına su qoymalıdır. Dəstəmazı pozan bir iş baş verdikcə, namazı pozmayacaq bir şəkildə yanındakı sudan istifadə edib dəstəmaz almalı və namazını davam etdirməlidir. Əgər onun üçün məşəqqəti (çox çətinliyi) olmasa, bu cürə əməl etməlidir.

2. Dəstəmazı pozan iş daha tez-tez baş versin. Bu halda vacib ehtiyata əsasən hər namaz üçün dəstəmaz alsın və dərhal namazı qılsın.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

28 May, 2013  05:40 Baxılıb: 2344 Çap

Bu bölmədə

Son 10 fətva