Banklar

Mən bank kartından istifadə edirəm. Bəzən hesabımda pul qalmadığından, müəyyən limitdə bankın pulundan istifadə edir və ödəmə müddətinə görə, banka əlavə haqq ödəyirəm. Bu riba hökmündədirmi?

Cavab: Əgər bu pulu borc olaraq bankdan almış və daha sonra buna görə əlavə pul ödəyirsinizsə, aldığınız borcun əsli səhih və bu borc pul halaldır. Lakin sizdən tutulan əlavə miqdar xidmət haqqı kimi alınmırsa, faiz və haramdır. Əlbəttə, siz şəri baxımdan banka əlavə pul verməklə mükəlləf deyilsiniz, onsuz istəyinizdən asılı olmayaraq, bank sizdən bu pulu alacaqdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

23 İyul, 2013  23:48 Baxılıb: 2772 Çap

Bu bölmədə

Son 10 fətva