Məni bir kişiyə ərə verdilər. Lakin kəbindən sonra bilmişəm ki, bu kişi dəlidir, dəlilik kağızı da var. Mən bunu biləndən sonra razı olmadım, kəbini poza bilərəmmi?

Cavab 1: Əgər qadın kişinin dəli olmasını bilmirdisə, kəbini pozmaq hüququ var. "Dəlilik" dedikdə, əqli çatışmazlıq nəzərdə tutulur. Lakin özündən getmə və epilepsiya kimi, əqlin normal vəziyyətə qayıtdığı xəstəliklər "dəlilik" sayılmır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Qadın əqddən sonra kişinin dəli olduğunu başa düşsə, kəbini poza bilər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2445

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2039

 

Cavab 3: Ehtiyati-vacibə əsasən, təlaqsız kəbini pozmasın.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2348

8 Avqust, 2013  21:00 Baxılıb: 2216 Çap

Bu bölmədə

Son 10 fətva