Hüquqlar

Valideynə itaət etmək vacibdirmi?

Cavab 1: Ümumən valideynə itaət etmək vacib deyil. Lakin onları incitmək və narahat etmək haramdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Əgər valideynə itaət etməmək onları narahat etsə, onlara itaət etmək vacibdir. Lakin əgər onlar insanı Allaha itaətsizliyə çağırsalar, onlara itaət etmək vacib deyil.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

 

Cavab 3: Övladlara vacibdir ki, ata-ana haqqında iki məsələyə diqqət etsinlər:

1) Onlara yaxşılıq etmək, yəni xərclərini - ehtiyacları olduğu təqdirdə - ödəmək, yaşayışlarını təmin etmək, onların həyat tərzlərinə layiq olan şəkildə istəklərini yerinə yetirmək. Bu yaxşılıqlar orta və adi səviyyədə, sağlam fitrət tələb etdiyi tərzdə olmalıdır, belə ki, onu yerinə yetirməmək onların məhəbbətini tapdamaq sayılmalıdır. Bütün bunlar onların vəziyyətləri arasındakı fərqlərlə müxtəlif şəkildə ola bilər.

2) Onlarla xeyirxahlıqla davranmaq. Onların övladın haqqını tapdaladıqlarına baxmayaraq sözdə və əməldə onlara pislik etməmək. Hədisdə deyilir ki, səni vursalar da onların üzünə qayıtma və de: “Ğəfərəllahu ləkuma. Allah sizin günahlarınızdan keçsin.”

Bu deyilənlər övladın valideyni haqqında vəzifələri idi. Amma övladla əlaqədar valideynə əziyyət verən məsələlər iki haldan xaric deyil:

1. Ata və ana övladı haqqında ürəkləri yandığından narahatçılıq keçirir. Belə halda onların narahatçılığına bais olan işi - hətta bu işi ona qadağan etməsələr belə - görmək haramdır.

2. Onların narahatçılıqları xoşagəlməz xasiyyətlərinə görədir. Məsələn, övladlarının xeyrini – istər dünyəvi istər də axirətə dair məsələlərdə - istəmirlər. Belə halda bu səbəbdən narahatçılıq keçirmələrinin heç bir mənfi nəticəsi yoxdur. Övladların onların bu kimi istəklərinə tabe olması, vacib deyil.

Qeyd olunanlardan aydın olur ki, ata və ananın özlərinin şəxsi işlərinə dair əmr və qadağalarına itaət etmək öz-özlüyündə vacib deyil. Allah daha biləndir.

Həmçinin övladlara ata və anaları ilə fikirlərinin doğru olmadığı təqdirdə mübahisə etmək olar. Amma mübahisə edərkən nəzakət və ədəb qaydalarını saxlamaq lazımdır. Yəni onların üzünə qayıtmamaq, səsini onlar üçün ucaltmamaq və sərt (kəskin) sözlərdən çəkinməlidir.

Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi

 

 

20 Avqust, 2013  03:01 Baxılıb: 1964 Çap

Bu bölmədə

Son 10 fətva