Əgər evin döşəməsi sidik, qan kimi murdarlığa batsa, onu şəri yolla necə paklamaq olar?

Cavab: Həmin döşəməni kürr və ya qəlil (az) su ilə paklamaq olar. Hər iki üsulla paklamazdan əvvəl həmin yer əski yaxud parça vasitəsilə yaxud hansısa yolla silinir və murdarın əsli (özü) oradan tamamilə təmizlənir. Daha sonra həmin yeri paklamaq üçün ümumi su şəbəkəsinə yaxud içərisində kürr miqdarından (384 litr) artıq su olan çənə qoşulmuş krana şlank birləşdirilir. Şlank murdarlanmış yerə tutulsa, su murdarlanmış yerə dəyib, bir qədər axsa, kifayətdir və həmin yer və axan su pak olur.

Az su ilə paklayarkən isə murdarlanmış hissədən su axıdılır və həmin suyun özü murdarlandığından əski, parça, xortum vasitəsilə yığılıb atılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri", "Paklayıcılar" fəslinə istinadən

1 Oktyabr, 2013  04:32 Baxılıb: 1968 Çap

Bu bölmədə

Son 10 fətva