Sünnilər məğrib namazını (şəri) məğribdən əvvəl qılırlar. Həcc mövsümündə, yaxud sair vaxtlarda onlara iqtida еdib, еlə bu namazla kifayətlənə bilərikmi?

Cavab 1: Onların namazı vaxtdan əvvəl qılmaları məlum dеyil. Onların camaat namazlarında iştirak etməyin və iqtida etməyin eybi yoxdur və kifayət edər. Lakin təqiyyə şəraiti olmazsa, namazı vaxtı daxil olduqdan sonra qılmaq lazımdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.356

 

Cavab 2: Əhli-sünnətə camaat namazında iqtida etmək və bununla kifayətlənmək olar (yəni namazın təzədən qılmaq vacib deyil). Həmçinin məğrib namazını da qürubdan dərhal sonra qılmaq olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.676; ofisdən istiftaat

 

29 Avqust, 2011  23:53 Baxılıb: 2063 Çap

Bu bölmədə

Son 10 fətva