Təharət

Namazın qəzaya getməsinə 10 dəqiqə qalmış dəstəmaz alıb namazlarımı qılmaq istəyirdim. Amma əlim kəsildiyinə görə əlimin qanı dayanmırdı ki, səhih dəstəmaz alıb, namazlarımı qılım. Belə olan halda mənim vəzifəm nədir ki, namazlarımda qəzaya getməsin?

Cavab: Fərz olunan halda, yara olan yeri su kranının altında yuyun və barmağınızı onun üzərinə sıxın ki, qanın axmasının qarşısı alınsın və dərhal dəstəmaz niyyəti ilə həmin yeri yuyun və bundan sonra digər üzvlərinizə dəstəmaz alın. Əgər bu işi görə bilmirsinizsə, vəzifəniz cəbirə dəstəmazıdır. Cəbirə dəstəmazı alarkən ilk əvvəl yaranın ətrafını (nəcisin (qanın) çox olmaması şərti ilə) yuyun və yaranın üzərinə parça və buna bənzər bir şey qoyaraq parçanın üzərinə yaş əlinizi çəkin.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

27 Noyabr, 2013  04:36 Baxılıb: 1713 Çap

Bu bölmədə

Son 10 fətva