Qadın müvəqqəti nikahda mehriyə olaraq ərinin Quran surələrini oxuyub, savabın ona bağışlamasını istəyə bilərdimi? Əgər bu mehrlə kəbin kəsilsə hökmü nədir?

Cavab: Müvəqqəti nikahın mehri pul yaxud maddi dəyəri olan bir şeydən olmalıdır, məsələn, nəyisə öyrətmək. oxuyub-yazmağı təlim etmək və s. Sadəcə olaraq surənin savabını bağışlamaq isə mehr yerinə keçmir.

Bu mehrlə kəsilən kəbin batildir. Bundan sonra baş verən cinsi əlaqə- əgər onlar şəri hökmdən xəbərsiz olsalar- haram sayılmır, xətalı yaxınlıq hesab olunur. Əgər cinsi yaxınlıq o batil kəbindən sonra baş versə, qadın xəbərsiz olduğu təqdirdə, ərindən onunla bərabər olan qadınların mehri qədər mehr tələb edə bilər.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

5 Fevral, 2014  20:07 Baxılıb: 2428 Çap

Bu bölmədə

Son 10 fətva