Əhli-sünnətdən olan imama iqtida və onların camaat namazında iştirak etmək caizdirmi?

Cavab 1: Əgər onlarla kеçinmək (yola getmək) üçün olsa, onların arxasında camaat namazı qılmaq caizdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.598

Cavab 2: Heç bir halda caiz deyil.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası, istiftaa 23500

Cavab 3: Təqiyyə zamanı iqtida etməyin maneəsi yoxdur.Ancaq bununla kifayətlənmək olmaz.Namazı yenidən əda etmək lazımdı.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası

 

Cavab 4: Onlarla münasibətiniz olan hallarda  vəhdət məqsədi ilə bunun eybi yoxdur. Bu şərtlə ki, şiə ilə düşmənçilikləri olmasın.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

 

Cavab 5: Zərurət halında əhli-sünnə ilə namaz qılmağın iradı yoxdur. Zərurət halından qeyri hallarda da onların camaat namazlarında iştirak əgər onların qəlblərini ələ almağa və şiəyə ittihamı aradan qaldırmağa səbəbdirsə, yaxşıdır və onu yenidən qılmaq lazım deyil, baxmayaraq ki, ehtiyata uyğundur.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası

 

Cavab 6: Əhli-sünnə ilə namaz qılmaq düzgündür. Lakin gərək həmd və surəni astadan da olsa, özü oxusun.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İstiftaat",s.591

 

30 Avqust, 2011  05:21 Baxılıb: 3420 Çap

Bu bölmədə

Son 10 fətva