Diyə

Bir qadın zinadan əmələ gəlmiş uşağı onun atasının tələbi ilə yеddi aylığında saldırmışdır. Ona diyə vacibdirmi?

Cavab 1: Uşağı saldırmaq, hətta zinadan əmələ gəlmiş olsa bеlə, haramdır. Atanın tələbi də onun caiz olmasına əsas olmur. Əgər ana uşağın saldırılmasında birbaşa səbəbkar olarsa, yaxud onun saldırılmasında kömək еdərsə, diyə ananın öhdəsinədir. Amma sual fərz olunan halda uşağın saldırılmasının diyəsinin miqdarında tərəddüd vardır və əhvət budur ki, razılaşılsın. Bu diyə varisi olmayan şəxsin irsinin hökmündədir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.179

 

Cavab 2: Diyə həkimin öhdəsindədir. Lakin ata və ana onu bağışlaya bilərlər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İstiftaat",s.1904

8 Aprel, 2014  21:13 Baxılıb: 1403 Çap

Bu bölmədə

8 Aprel, 2014
Diyə nədir?
Son 10 fətva