Əgər ər və ya arvad İslam dininin əsaslarını inkar etsə və dindən çoxsa, evliliklərinin hökmü nədir?

Cavab 1: Bir qadın əri onunla cinsi yaxınlıq etməmişdən əvvəl mürtəd olarsa, onların nikahı batil olar. Lakin yaxınlıqdan sonra mürtəd olsa, təlaq hökmlərində deyildiyi kimi iddə gözləməlidir. Əgər iddə müddətində təzədən dinə qayıdarsa, nikahları bərpa olunar (səhih hökmündədir), lakin iddə müddətinin sonuna qədər mürtədliyində qalarsa, nikah batildir.

Fitri mürtəd dini inkar etdikdən sonra arvadı ona haram olur və gərək qadın vəfat iddəsi gözləsin.

Milli mürtəd arvadı ilə cinsi yaxınlıq etməmişdən əvvəl dini inkar edərsə, nikah batil olar. Yaxınlıqdan sonra inkar etsə, gərək qadın talaq hökmlərində deyilən qayda ilə iddə gözləsin. İddə ərzində kişi təzədən müsəlman olarsa, nikah bərpa olunar, əks halda batil olar.

Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r), "Tovzihul-məsail",məs.2448-2450

 

Cavab 2: Əgər qadın izdivacdan sonra mürtəd olsa bu halda əri onunla yaxınlıq etməmişdirsə, onun əqdi batildir və iddəsi də yoxdur. Həmçinin, əgər yaxınlıq etmiş olsa, amma 9 yaşı tamam olmamışdırsa, yaxud yaisədirsə, yenə də eyni hökmdədir. Ancaq 9 yaşı tamam olmuşsa və yaisə deyilsə, təlaq hökmlərində deyiləcək qaydaya uyğun olaraq iddə saxlamalıdır; əgər iddənin axırına qədər mürtəd olaraq qalsa, əqd

batildir və əgər iddə əsnasında müsəlman olsa, əqdin qalması məhəlli işkaldır. Vacib ehtiyata əsasən, əgər onunla yaşamaq istəsə, ikinci dəfə əqd etməli, ayrılmaq istədikdə isə təlaq verməlidir.

Fitri mürtədin arvadı ona haram olur və qadın gərək vəfat iddəsi gözləsin.

Əgər milli mürtəd qadını ilə yaxınlıq etməyibsə, ya qadının 9 yaşı tamam olmayıbsa, yaxud yaisədirsə, onun əqdi batildir və (qadının) iddəsi də yoxdur. Əgər yaxınlıqdan sonra mürtəd olsa, yaxud qadının 9 yaşı tamam olmuşsa və yaisə də olmamışdırsa, o qadın təlaq məsələlərində deyiləcək qədər təlaq iddəsi saxlamalıdır. Əgər iddə tamam olana qədər müsəlman olmasa, əqd batildir. Amma iddə tamam olmazdan qabaq müsəlman olsa, əqdin qalması məhəlli-işkaldır. Vacib ehtiyata əsasən, onunla yaşamaq istəsə, ikinci dəfə əqd etməli, ayrılmaq istədikdə isə təlaq verməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2512-2514

 

Cavab 3: Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, istər milli, istərsə fitri onun əqdi batil olur. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma əgər qadın heyz görən qadınların yaşında olsa, gərək təlaq hökmlərində deyiləcək qayda ilə iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır.

Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Ehtiyat-vacibə görə yaxınlıq etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə əsnasında kişi tövbə etsə, ehtiyat-vacibə görə əgər birgə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin.

Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, gərək o qadın təlaq hökmlərində deyildiyi kimi, təlaq iddəsi qədərində iddə saxlasın. Əgər iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2414-2416

 

Fitri mürtəd – hər ikisi, ya biri müsəlman olan ata-anadan dünyaya gələn həddi-buluğa yetdikdən, ağlı kamil olandan sonra üz ixtiyarı ilə islam dinindən üz döndərənə deyilir.

Milli mürtəd isə kafir ata və anadan dünyaya gələn, sonra İslamı qəbul edən və müsəlman olduqdan sonra İslamdan üz döndərənə deyilir.

11 Aprel, 2014  20:33 Baxılıb: 2406 Çap

Bu bölmədə