Novruz bayramının çərşənbələrində belə bir adət vardır ki, tonqal qalanır və camaat onun üstündən tullanır. Bu işin hökmü nədir? Qadın və kişi üçün fərqi varmıdır?

Cavab 1: Bu əməlin şəriət baxımından bir əsası yoxdur.

Əgər bu əməl başqalarının əzab-əziyyətinə səbəb olarsa, malın təbziri (şəriətdən başqa yollarda istifadə olması) sayılarsa və yalnış əməlin təsdiqi və yayılmasına səbəb olarsa, icazə yoxdur. Qadın və kişi baxımından fərqi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Novruz bayramına şiə müctəhidləri müsbət yanaşırlar. Lakin bu bayramı qeyd edənlər arasında hələ də müəyyən xurafatlar mövcuddur. Bunların sırasında odun üstündən tullanmaq və beləliklə, şərdən uzaq olmaq kimi inancları da qeyd etmək olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

 

Ayətullahul-uzma

12 Aprel, 2014  19:40 Baxılıb: 3008 Çap

Bu bölmədə

Son 10 fətva