Əhli-sünnət qazısı hilalın (yeni çıxmış ayın) görünməsinə dair hökm verərsə, həcc mərasimində bizim vəzifəmiz nədir? Halbuki, şiənin nəzərində hilalın görünməsi ya şübhəlidir, ya da onun əksi sübuta yetmişdir.

Cavab 1: Zilhiccə hilalının (ayının) görünməsində əhli-sünnət müftisinin hökm və nəzərinə əməl etmək kifayətdir. Belə ki, vuqufları (ərafat və müzdəlifədə qalmağı) digər camaatla bərabər qalsanız, həcci düzgün əməl etmiş sayılarsınız və doğrudur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər zilhiccə ayının hilalı şiə fiqhində qeyd olunmuş əsaslar üzərində sabit olmasa , lakin əhli sünnə qazisinə bu ayın hilalı sabit olsa və ona uyğun hökm versə onun (hökmünə əməl etməyin) iki surəti var:

1.O hökmün həqiqətə uyğun olması ehtimal edilsin, habelə ehtiyata əməl etmək təqiyyəylə müxalif olsun. Bu surətdə onlara tabe olmaq və onlarla birgə  vüquf etmək vacibdir. Həmçinin həcc ayinlərində hilalın sabit olmasına bağlı olan bütün məsələlərdə tabe olmaq vacibdir.Əgər ehtiyata əməl etmək təqiyyəyə müxalif olmasa , ehtiyat budur ki , ayinlər həm onların (hilalla bağlı) verdiyi hökmə uyğun yerinə yetirilsin və həm də özünün birinci vəzifəsinə əməl etsin , lakin daha güclü nəzər budur ki, onların hökmünə uyğun əməl etmək kifayətdir.

2.Əgər yəqin hasil olsa ki , onun verdiyi hökm həqiqətə uyğun deyildir, bu zaman əməlləri onların (hilalla bağlı) hökmünə uyğun yerinə yetirilməsinin kifayət etməsi üçün bir yol (icazə verən dəlil) var. Lakin ehtiyat-vacibə əsasən onlarla birgə vüquf etmə məsələləri kimi məsələlərdə özünün birinci vəzifəsi ilə onların (hilalla bağlı) verdiyi hökmə bağlı olan əməlləri cəm etməlidir (yəni hər iki vaxta uyğun etsin). Bu şərtlə ki, bu cəm etmə təqiyyəyə müxalif olmasın. Əks halda (yəni bu cəm etmə təqiyyyə müxalif olsa) əgər müzdəlifədə iztirari-vüquf etməyə imkanı (qüdrəti) olsa və (bu vuquf) təqiyyəyə müxalif olmasa ehtiyat vacibə əsasən onu yerinə yetirməlidir və həcci düzdür.  Yox əgər buna imkanı (qüdrəti) olmasa, baxmayaraq ki , həccin vacibliyi ona sabit və bərqərar olub ehtiyat-vacibə əsasən gələn il yenidən həcc yerinə yetirməlidir. Əgər  vaciblik bərqərar olmasa -məsələn həmin ildə müstəti (həccə getməyə qüdrəti) olmuş və istitaəti (qüdrəti) gələn ilə qədər davam etməyən bir şəxs kimi olsa- onun boynuna heç bir vəzifə gəlməz. Yox əgər istitaəti qalmış olsa və ya yenidən müstəti olsa ehtiyat vacibə əsasən yenidən həcc yerinə yetirməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 5: Mükəlləfin elmi onların nəzərilə müxalif olsa da, həcc mərasiminə onların elan etdiyi zamanda əməl etmək caizdir.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası

Cavab 4: Sair müsəlmanlarla həmahəng olmalısınız və sizin həcciniz səhihdir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 5: Hər vaxt əhli sünnət qazisinin nəzərində zil hiccə ayı sabit olsa və şiə üçün sabit olmasa və bu cəhətdən zil hiccənin 9-u onlar üçün,şiə üçün 8-i olsa ehtiyat vacib odur ki əgər mümkündürsə Ərəfatın ixtiyari vüqufunu şiənin nəzərində 9-cu gün olan gündə yerinə yetirsin. Əgər mümkün olmasa və onun iztirariliyini dərk etsə və bayram gününün əməllərini Minada  yerinə yetirsin. Əgər Ərəfatın iztirariliyini dərk etməsə Məşərin  ixtiyari olmağını dərk etsə kifayətdir və onun Həcci səhihdir. Buna əsasən əqva (ən güclü) nəzər budur ki Məşərin və Ərəfatın iztirariliyini dərk etsin.  Əgər bunların heç birini dərk etməsə və çarəsizlikdən tabe olsalar və öz vəzifələrinə əməl etməyindən qorxsa  əqva budur ki Həccətül İslamın Həcci kafi və səhihdir. Hərçənd alimin xilafına olsalar da. Habelə, əgər vəzifəyə əməldən qorxmasalar əhvət (ən yaxşı) nəzər budur ki onlara tabe olsun və sonra öz vəzifəsinə əməl etsin. Hətta elmə müxalif olsa da.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası

Cavab 6: Burada bir neçə hal mümkündür:

1. O hökmün düzgünlüyü sabit olsun və ya həqiqətə uyğun olması ehtimal edilsin; Bu halda bu hökmə əməl edilməlidir və bu halda həcc səhihdir. Əgər əməl edilməsə, həcc batil olar.

2. Hökmün həqiqətə uyğun olmadığı və batil olduğu sabit olsun; Bu vəziyyətdə də 3 hal mövcuddur.

a) Mükəlləf həccin əməllərini həqiqi şəri zamana uyğun yerinə yetirmək imkanına malikdirsə, gərək bu cür etsin və bu halda həcci səhihdir. Əgər əksinə əməl edərsə, yəni mümkün olduğu halda həqiqətdə sabit olmuş hilala uyğun əməl etməzsə, həcci batildir.

b) Əgər müəyyən üzr səbəbilə nə şəri olaraq sabit olan hilala, nə də oranın qazisinin hökmünə uyğun əməl edə bilməzsə, həcci mütləq şəkildə batildir.

c) Oranın qazisinin hökmünə əməl etdiyi təqdirdə isə vacib ehtiyata əsasən həcci batildir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Həccin hökmləri",məs.772

 

15 Aprel, 2014  15:53 Baxılıb: 1971 Çap

Bu bölmədə