Etikaf

Hansı əməllər etikafı batil edər?

Cavab: 5 əməl etikaf edən şəxsə haramdır:

1. Həyat yoldaşından ləzzət aparmaq, daxilolma, toxunma və ya öpməklə olsa belə;

2. Ehtiyata əsasən, istimna etmək. Hətta halal yolla olsa belə (yoldaşı ilə mazaqlaşmaqla);

3. Ətir iyləmək- hətta ləzzət qəsdi ilə olmasa belə;

4. Ehtiyata əsasən, zərurət olmadan ticarət və müamilə etmək. Lakin paltar tikmək kimi mübah işlərin eybi yoxdur;

5. Digər bir şəxsə üstünlük əldə etmək məqsədi ilə dünyəvi yaxud mənəvi bəhslər etmək.

Bu əməllərin etikafı batil etməsində onların gecə yaxud gündüz edilməsinin fərqi yoxdur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

19 Aprel, 2014  16:31 Baxılıb: 1390 Çap

Bu bölmədə

Son 10 fətva