Günahlar

Bir çox hallarda valideynlər dindar övladlarını içki kimi günahların müşahidə edildiyi toy məclislərində iştiraka məcbur edirlər. Övladlar da çarəsiz vəziyyətdə qalırlar. Bu halda vəzifələri nədir?

Cavab 1: Əgər ora getmək içki məclisində iştirak etmək sayılsa, bundan çəkinməlisiniz. Əks halda iştirak etməyin eybi yoxdur. Hər iki halı təyin etmək mükəlləfin öhdəsindədir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: İştirak edə bilərsiniz. Lakin bilərəkdən və diqqətlə (musiqiyə) qulaq asmayın. Şərab içilən süfrədən nə isə yemək haramdır. Həmçinin belə bir süfrədə əyləşmək ehtiyat vacibə əsasən icazəli deyil. Ehtiyat vacibə əsasən, yalnız qadının öz əri üçün (və əksinə) rəqs etməsi icazəlidir. Bu da başqa insanların gözü önündə olmamalıdır. Həmçinin, haram hallarda əgər təsir edəcəyinə ehtimal edirsinizsə, nəhy əz münkər etməlisiniz və ehtiyat vacibə əsasən öz narahatçılığınızı bildirməlisiniz.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 

 

 

 

22 May, 2014  01:29 Baxılıb: 4679 Çap

Bu bölmədə

Son 10 fətva