Risalələrdə qeyd edilir ki, 1 fərsəxdən az məsafədə 2 cümə namazı qılmaq olmaz. Bəs əgər 1 fərsəxdən az məsafədə sünnilərin cümə namazı varsa, qılmağa icazə varmı?

Cavab 1: Cümə namazının şərtlərini özündə toplamayan cümə namazı şəri məsafədən yaxında qılınan ikinci namaza mane olmaz.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Namaz səhihdir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

 

Cavab 3: Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.719

 

30 Avqust, 2011  23:14 Baxılıb: 1805 Çap

Bu bölmədə

Son 10 fətva