Həm kişi, həm də qadın cinsiyyət orqanlarına malik olan insanın evlənməsinin hökmü nədir?

Cavab: Əgər ikicinsli (həm kişi, həm də qadın cinsi üzvlərinə malik) olarsa və şəriətin irəli sürdüyü şərtlər əsasında kişi yaxud qadın olduğu anlaşılarsa həmin hökm ona aid olar, evlənə də bilər. Əks təqdirdə nə kişi, nə də qadın hökmü ona aid olmaz. Həmin şəxslərlə davranışda şəriətdə haram olan kişi-qadın, ya qadın-kişi münasibətlərindən, o cümlədən haram baxış və toxunuşdan çəkinilməlidir. Evlənmək və cinsi ləzzətlər də caiz deyildir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

11 Dekabr, 2014  00:33 Baxılıb: 3301 Çap

Bu bölmədə