Bəziləri namazda əlləri bağlamağın müstəhəbb olduğunu bildirmiş və Peyğəmbər (s) sünnəsi qəsdilə namazda əllərini sinədə yaxud göbək üzərində bağlayıblar. Bu işin müstəhəbliyi səhihdirmi?

Cavab 1: Əgər əlləri bağlamaq namazın sünnəsi qəsdilə olsa, namaz batildir. Lakin qasir cahil (cəhalətində üzürlü) olsa, namaz batil olmaz.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1138

Cavab 2: Bir şəxs bəzi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat üçün namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1008

Cavab 3: Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq namazı batil edir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1115

 

 

29 İyun, 2016  21:03 Baxılıb: 2492 Çap

Bu bölmədə

Son 10 fətva