Müsafir səfərə gedərkən şəri məsafə gedəcəyi şəhərin yaxud kəndin girişinədək hesablanır? Yoxsa həmin şəhərdə yaxud kənddə gedəcəyi ünvan əsas götürülür?

Cavab 1: Әgәr həmin şәxsin səfər etmə mәqsәdi, o şәhәrdә yerlәşәn hәr hansı müәyyәn bir yer deyil, şәhәrin özü olsa, o şәhәrin girişini meyar olaraq götürmәlidir. Amma әgәr müәyyәn bir yerә getmәyi nәzәrdә tutubsa (mәsələn, dostu onu hәmәn şәhәrdә yerlәşәn evinә vә ya bağına dәvәt edibsә), bu halda şəri mәsafәnin hesablanmasında meyar olaraq gedəcəyi yeri götürməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər sizin şəhərinizin və səfər edəcəyiniz şəhərin divarları varsa, şəri məsafəni öz şəhərinizin divarından gedəcəyiniz şəhərin divarlarına kimi hesablamalısınız. Əgər şəhərlər divarlarla əhatə edilməyibsə, şəri məsafəni öz şəhərinizin son evindən səfər edəcəyiniz şəhərin yaxud kəndin ilk evinə qədər hesablamalısınız.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 3: Səfər edəcəyi şəhərin yaxud kəndin girişinə kimi məsafə əsas götürülməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 4: Müsafir insan üçün şəri məsafənin sonu onun həmin şəhər, yaxud kənddə son duracağıdır. Məsələn, vətəni Məşhəd şəhərinin 15 km-liyində yerləşən şəxs Məşhəd şəhərindəki müəyyən bir yerə, məsələn, onun vətənindən 25 km məsafədə yerləşən İmam Rizanın (ə) müqəddəs məqbərəsinə gedib qayıtmaq istəyərsə, bu səfərdə namazını müxtəsər qılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.1551

 

30 İyul, 2016  18:14 Baxılıb: 2520 Çap

Bu bölmədə

Son 10 fətva