Təharət

Dəstəmazda üz və qollar neçə dəfə yuyulmalıdır?

Cavab 1: Dəstəmaz alarkən üz və qolları 1-ci dəfə yumaq vacib, ikinci dəfə yumaq caizdir. Üç və daha çox dəfə yumaq isə haramdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",sual 103

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.254

Cavab 2: Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.268

Cavab 3: Dəstəmazda əlləri və üzü bir dəfə yumaq vacib, ikinci dəfə yumaq müstəhəbb, üç dəfə və daha artıq yumaq haramdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.254

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.247

21 Dekabr, 2016  21:41 Baxılıb: 1513 Çap

Bu bölmədə