Cünub şəxs məğrib və işa namazlarını qılmalıdır. Onun şəraiti qüsul etməyə imkan vermir. Lakin o bilir ki, gecə yarısından sonra qüsul edə biləcək. Bu halda o, təyəmmüm edib namazlarını qılmalıdır yoxsa gecə yarıya qədər təxirə salıb, qüsul etməlidir?

Cavab 1: Təyəmmüm etməli və namazı vaxtında (gecə yarısına qədər) qılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 2: Vacib ehtiyata əsasən hər ikisini etməlidir. Yəni həm gecə yarısından qabaq qüsl əvəzinə təyəmmümlə namazları qılmalı, sonra gecə yarısından sonra qüsl almaqla qılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 

10 Mart, 2017  00:01 Baxılıb: 1159 Çap

Bu bölmədə