Təharət

Qiblənin istiqamətini dəqiq bilmədiyimiz yerlərdə ayaqyoluna çıxmağın hökmü nədir?

Cavab 1: Əgər qiblənin bir neçə tərəfdə olduğunda dair şəkk etsə və bu barədə təhqiqat apara bilməsə, qiblənin istiqaməti məlum olana qədər təxəllini təxirə salmaq da çətin olsa, hər bir tərəfə təxəlli edə bilər. Amma əgər qiblənin hansı tərəfdə olduğuna dair onda zənn yaransa, ona uyğun əməl etməsi uzaq ehtimal deyil.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər mükəlləf qiblənin hansı istiqamətdə olduğunu bilmirsə, vacib ehtiyata əsasən, ayaqyoluna çıxması caiz deyil. Lakin qiblənin istiqamətinin öyrənilməsinə dair ümidini itirdiyi və gözləməyin mümkün olmadığı, yaxud gözləməyin həddən ziyadə çətin və ya zərərli olduğu hallar istisnadır. Təyyarələrdə, qatarlarda və gəmilərdə də buna riayət olunmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.73

9 Dekabr, 2017  14:32 Baxılıb: 543 Çap

Bu bölmədə