Həcc

İmkanlı şəxsə həcc vacibdirmi?

Cavab: Müstəti (imkanlı) şəxsə ömründə yalnız bir dəfə İslam həcci (həccətül-İslam) vacib olur. Müstəti olan şəxsə həcc dərhal vacib olar. Yəni müstəti olduğu ilk ildə həcci yerinə yetirməlidir və onu təxirə salmaq lazım deyildir. Təxirə saldığı təqdirdə, sonrakı ildə həcci yerinə yetirməlidir.

Müstəti olduqdan sonra həcc əməlini yerinə yetirmək, səfərə çıxmaq və yol əşyaları hazırlamaq kimi bir sıra işlərə (müqəddimələrə) bağlı olarsa, həmin ildə həccə nail ola biləcək şəkildə onları hazırlamaq vacibdir. Əgər mükəlləf səhlənkarlıq edib həccə getməzsə, həcc onun boynunda qalar və sonradan hər bir surətdə – hətta istitaəti (imkanı) aradan getsə də – həccə getməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Həcc əməlləri"

31 Avqust, 2011  19:08 Baxılıb: 920 Çap

Bu bölmədə

Son 10 fətva