Nəcis yeyən dəvənin yoxsa bütün heyvanların təri murdar sayılır?

Cavab 1: Nəcasət yeyən dəvənin təri napakdır. Lakin əgər başqa heyvanlar nəcasət yeyən olsalar, onların tərindən çəkinmək lazım deyildir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: İnsan nəcisini yeməyə adət etmiş dəvənin təri ehtiyat vacibə əsasən, nəcisdir. İnsan nəcisi yeməyə adət etmiş digər heyvanların təri pakdır. Ancaq (onların təri insana dəydikdə) heç biri ilə namaz qılmaq caiz deyildir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.121

Cavab 3: Murdar yemiş dəvənin, hətta başqa heyvanların da təri vacib ehtiyata əsasən murdardır.

Ayətullahul-uzma Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.130

Cavab 4: İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat-vacibə görə, insan nəcisini yeməyə adət edən sair heyvanlar da bu hökmə malikdirlər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.113

11 Dekabr, 2017  15:04 Baxılıb: 420 Çap

Bu bölmədə