Əgər bir müsəlman mürtəd olaraq əhli-kitab dininə keçsə yenə də murdar hesab olunur?

Cavab 1: Mürtəd şəxs napakdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Mürtədin, yəni İslamdan çıxan şəxsin pak, yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qeyri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.121

14 Dekabr, 2017  14:24 Baxılıb: 419 Çap

Bu bölmədə