Cümə namazı günorta azanından 1,5-2 saat sonra qılınırsa, bir maneəsi varmı? Zöhr namazını qılmaq lazımdırmı?

Cavab 1: Cümə namazının vaxtı ürfən günorta namazının əvvəl vaxtında qılınmalıdır və azandan 1-2 saatdan artıq gecikdirilməzsə, eybi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.630

Cavab 2: Cümə namazının vaxtı günəşin zəvalından, yəni zöhr azanından başlayır və onun vaxtı yalnız ürfə görə zöhrün əvvəl çağıdır. Beləliklə, əgər cümə namazı bu vaxt ərzində qılınmayaraq təxirə salınarsa, vaxtı başa çatmışdır və zöhr namazı qılınmalıdır.

Ürfə görə zöhrün əvvəl çağının nə demək olduğu xüsusunda bir məqama diqqət yetirmək lazımdır: Əgər xütbələr maksimum 40 dəqiqə davam edərsə və sonra dərhal bütün şərtlərinə riayət edilən cümə namazı qılınarsa, kafidir və zöhr namazını qılmağa gərək yoxdur. Xütbələr 40 dəqiqədən artıq, təqribən 1 saat 15 dəqiqə davam etdiyi təqdirdə, ehtiyata əsasən, zöhr namazını da qılmaq lazımdır. Əgər xütbələr 75 dəqiqədən artıq davam edərsə, zahirən kafi sayılmır və zöhr namazını mütləq qılmaq lazımdır. Ürfün rəyi ilə bağlı tərəddüd hallarında vaxtla bağlı bu göstərişlərə uyğun hərəkət edilməsi kifayətdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.1786 (haşiyə)

17 Dekabr, 2017  12:01 Baxılıb: 326 Çap

Bu bölmədə