Donuzun yaladığı, yaxud içindən hər hansı bir maye içdiyi qabı necə paklamaq olar?

Cavab 1: Donuzun yaladığı, yaxud içindən hər hansı bir maye içdiyi qab az, kür, yaxud axar su ilə yeddi dəfə yuyulmalıdır və torpaqla sürtülməsinə gərək yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar", Təharət babı

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.146

Cavab 2: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.153

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.173

19 Dekabr, 2017  14:46 Baxılıb: 502 Çap

Bu bölmədə