İtin su və ya buna bənzər axıcı bir şeyi yediyi, yaxud da yaladığı qabı necə paklamaq olar?

Cavab 1: İtin su və ya buna bənzər axıcı bir şeyi yediyi, yaxud da yaladığı qabı əvvəlcə torpaqla sürtmək, sonra isə iki dəfə yumaq lazımdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar",Təharət fəsli

Cavab 2: İtin maye halında olan bir şey yediyi qab əvvəlcə pak torpaqla sürtülməli, o torpağı təmizlədikdən sonra, su ilə qarışıq olan torpaqla yenidən sürtülməlidir (bu iki işi görmək vacib ehtiyata əsasəndir), sonra su tökülməlidir ki, torpağı təmizlənsin və daha sonra kürr və axar suda bir dəfə, az suda isə ehtiyat vacibə əsasən iki dəfə yuyulsun. Ehtiyata əsasən, itin yaladığı qab da yuxarıda deyilən tərzdə paklanmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.151

Cavab 3: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.171

Cavab 4: içərisində itin su və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq təmizlənib aradan aparıldıqdan sonra kürr, az və ya axar suda iki dəfə yuyulmalıdır. Həmçinin, itin yaladığı qab yuyulmazdan qabaq gərək torpaqla sürtülsün. İçinə itin ağzının suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabı da ehtiyat-lazıma əsasən gərək əvvəlcə torpaqla sürtülüb sonra isə üç dəfə su ilə yuyulsun.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri".məs.144

19 Dekabr, 2017  16:20 Baxılıb: 419 Çap

Bu bölmədə